BolgeXeber.Com » Xəbərlər » Niyə “Shokki-mokki” yox, “Nutella”?

Niyə “Shokki-mokki” yox, “Nutella”?

6-12-2016, 15:50
Oxunub: 2 389 Niyə “Shokki-mokki” yox, “Nutella”?Araşdımalar göstərir ki, bir çox xarici şirkətlər həm Azrbaycanda, həm də Ermənistanda öz nümayəndəliklərini açıb məhsullarını yayırlar

Ötən ay mətbuatda ötəri də olsa, “Nutella” şokolad yağları barədə maraqlı məlumat yayıldı. Nədənsə, çox ciddi olan bu məlumat həm mətbuatın, həm də əhalinin diqqətini bir o qədər çəkmədi. Maraqlıdır ki, bu məsələni ilk dəfə prodüsser Tolik (Tarix Əliyev) mətbuatın gündəminə gətirdi. Söhbət “Nutella” şokolad yağlarının üstündə erməni dilində yazılmış yazılardan gedir. Əlbəttə düşmən ölkənin adı ilə bağlı ən kiçik detal da bizi maraqlandırmalıdır. Amma ərzaq məhsullarından söz düşürsə, bu, daha çox marağa səbəb olmalıdır.

Çox təəssüf ki, o vaxt kiçik açıqlamalarla hər şey unuduldu. İstəyirəm həmin dövrdə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun verdiyi açıqlamanı bir daha diqqətə çatdırım: ““Dediyiniz məsələ barədə məlumatımız var və bu barədə tədqiqat apardıq.Məlum oldu ki, Engin şirkəti bu məsələdə böyük məsuliyyətsizlik edib. Ermənistan orada istehsalçı firma kimi yox, distribüter kimi görünür. Güya istehsalçı malı Ermənistana göndərib, oradan da Azərbaycana keçib. Ancaq bu da yolverilməzdir. Biz bununla bağlı sənədləri əldə etdik. Gördük ki, Engin şirkətinin məhsulu Azərbaycana birbaşa istehsalçıdan gətirilir, Ermənistandan almır. Sadəcə markalanmasında Ermənistandan daxil olduğu göstərilib.İlkin məlumat belədir ki, şirkət məhsulu birbaşa istehsalçıdan gətirir, sadəcə markalanmada böyük səhvə yol verilib. Əgər bu səhvdirsə, gərək Engin şirkəti buna yol verməyəydi, yox əgər düzdürsə, əlbəttə ki, yol verilməzdir”.
Bu açıqlamadan görünür ki, AİB sədri E.Hüseynov da bu məsələdən tam məlumatlı deyil. Təbii ki, E.Hüseynov Engin şirktinin anti rekalmını etmək istəməyib. Sözsüz ki, bu, düzgün yanaşma deyil. Əgər hər hansı bir ərzaq məhsulu Ermənistana daxil olub, oradan qonşu ölkələrə paylanırsa, istər istəməz adamın içində bir şübhə yaranır. Bu da təbiidir. Axı çörəyimizi yeyib üzümüzə ağ olan ermənilər torpaqlarımızın 20 faizini işğal edib. Tarixi Azərbaycan torpağı olan Ermənistandan yüz minlərlə soydaşlarımızı didərgin salıblar. Bu səbəbdən ermənilərin bizimlə düşmənçilik siyasəti davam edir və əllərinə düşən hər fürsətdəcə bizə zərbə vurmağa çalışırlar. Bu işdə onlara təkcə İtaliyanın “Nutella” şokolad yağlarını istehsal edən Ferrero şirkəti yox, digər qida istehsalçısı olan şirkətlər də onlara yaxından köməklik edirlər.
Niyə “Shokki-mokki” yox, “Nutella”?
Araşdımalar göstərir ki, bir çox xarici şirkətlər həm Azrbaycanda, həm də Ermənistanda öz nümayəndəliklərini açıb məhsullarını yayırlar. Belə şirkətlərə misal kimi Almaniyanın “IREKS”ini göstərmək olar. Bu şirkətin Ermənistandakı təmsilçisi “ALPHA FOOD SERVICE”-dir. “IREKS” Azərbaycanda pəhriz və ərzaq məhsullarının satışı ilə məşğuldur. Şirkət İrəvanda da eyni işi görür.

Erməmistan bazarını “zənginləşdirən” şirkətlərdən biri də “Bonduel”dir (Bonduelle). Şirkət Azərbaycanda və Ermənistanda daha çox yaşıl noxud və müxtəlif qablaşdırlmış tərəvəz məhsulları satır. Göründüyü kimi Azərbaycanda fəaliyyət göstərən bir çox şirkətlər Ermənistanda da iş qurublar və bu ölkənin büdcəsinə babat pullar ödəyirlər. Əlbəttə, Ermənistanı ərzaq blokadasında boğmaq üçün Azərbaycan bu şirkətlərlə əməkdaşlıqdan imtina da edə bilər. Bu zaman ağlı başında olan həmin şirkətin rəhbərləri kasıb və kiçik Ermənistan bazarını yox, Azərbaycan kimi neft-qaz ölkəsi olan böyük bazarı üstün tutacaqlar. Bu barədə düşünməyə dəyər. İndi sual olunur: - Nəyə görə bir ay bundan əvvəl olmuş “Nutella” yağları barədə mövzu yenidən yada düşüb? Bunun da səbəbi var.

Tam səmimi olaraq bildirirəm ki, bizim evdə 17 yaşlı oğlum mütəmadi olaraq “Shokki-mokki” findıqlı şokolad yağlarından istifadə edir. Hətta bu yağların aludəçisidir, desəm, səhv etmərəm. Ona görə də maraq üçün bugünlərdə “Nutella” yağını aldım ki, bir az ağzının dadını dəyişsin. Oğlum yağın ağzını açan kimi dedi ki, bundan qəribə qoxu gəlir. Açığı bəzi ərzaq məhsullarının dadından və qoxusundan bir o qədər də baş çıxarmıram. Yəni bu sahənin mütəxəssisi deyiləm. Ancaq oğlum bu məsələdə əsl dequstatordur. Bütün ərzaq məhsullarının keyfiyyətli olub-olmamasını dilinə vuran kimi müəyyən edir. Hətta bir dəfə həmişə aldığım eyni firmanın düşbərəsinin əvəzinə özü də bilmədən başqa firmanın düşbərəsini aldım. Hazır xörəkdən bir qaşıq yeyən kimi bildirdi ki, ata, bu həmişə aldığın düşbərədən deyil. Bu səbəbdən “Nutella” şokolad yağından kəskin qoxu gəlməsini söyləyəndə, mübahisə etmədim. Məsləhət etdim ki, sən əvvəlcə dadına bax. Baxdı və qətiyyətlə bildirdi ki, “Shokki-mokki” yağının dadını vermir. Yenə də təbii ki, mübahisə etmədim və xeyli fikirləşməli oldum. Yağın dadına mən də baxdım və nədənsə ağzımda bir acılıq duydum. Düzdür, bu yağdan heç birimiz zəhərlənmədik, amma xeyli bu qorxudan şübhəli gəzdik. Əlbəttə, həmin andaca 6 manata aldığım 350 qramlıq “Nutella” yağı, bankası ilə birlikdə zibil vedrəsinə atıldı. Bu zaman ötən ay etiketi erməni dilində yazılmış “Nutella” yağları barədə söhbət yadıma düşdü.

Yuxarıda da qeyd olundu ki, bu yağların sifarişçisi Ermənistan olsa da, məhsul İtaliyadan gətirilir. Ancaq məhsulların Ermənistana gəlib, oradan qonşu ölkələrə paylanılması, təbii ki, müəyyən şübhələrə yol açır. Hər halda Ermənistan bizə düşmən ölkədir və onun əlindən hər cür nadanlıq desən, gələr. Əvvəla, həmin məhsullara hər hansı müdaxilə etmək, ermənilərin əlində su içmək kimi bir şeydir. İkincisi, biz nə bilək ki, bu yağların plastmast qapağından içərisinə hər hansı nazık bir iynə ilə nəsə yeridilməyib? Erməninin xislətinə bələd olduğumuzdan bu versiyanı qətiyyən şübhə altına almaq olmaz. Üçüncüsü və ən başlıcası isə, nəinki bizə, hətta bütün dünyaya məlumdur ki, Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası(AES) bütün Qafqaz regionu üçün böyük təhlükə mənbəyidir. Dəfələrlə Ermənistana beynəlxalq təşkilatlar tərəfindən AES-in bağlanması üçün xəbərdarlıqlar edilib, lakin bütün bunları ermənilər qulaq ardına vurublar. Bu stansiyanın zəhərli tullantılarının Kür çayına axıdılması barədə də dəfələrlə mətbuatda məlumatlar yayılıb. Ermənistan özü də bu dəqiqə başdan-ayağa radiasiya zonasıdır. Təsəvvür edin, belə bir zonaya hər hansı bir ərzaq məhsulu daxil olur və onlar bir neçə gün anbarlarda saxlanılır. Elə bu da kifayət edir ki, həmin ərzaq məhsulları şüalanmaya məruz qalsın. Bəlkə də məhz bu səbəbdən əlinə imkan düşən hər bir erməni xarici ölkəyə qaçmağa cəhd edir. Ermənilər özləri bunu etiraf etməsələr də, Ermənistanın boşaldığı artıq reallıqdır.

“Nutella” şokolad yağlarının da Ermənistana İtaliyadan gətirilməsi və orada bir neçə gün qalması şüalanmaya səbəb ola bilər. Ən yaxşısı odur ki, bu yağlardan ümumiyyətlə imtina edilsin. Biz nəyə görə etiketi erməni dilində olan məhsullar almalıyıq? Azərbaycanın yerli istehsalçıları artıq beynəlxalq standartlara uyğun məhsullar istehsal edirlər. Elə adını çəkdiyimiz “Shokki-mokki” fındıqlı şokolad yağları buna canlı sübutdur. Bununla mən heç də Azərbaycanın ərzaq sənayesində böyük pay sahibi olan “Azərsun-Holding” şirkətinin məhsulunu reklam etmək istəmirəm. Amma bu şirkətin təhlükəsiz qida istehsalında beynəlxalq bazarlarda özünə yer tutması və bu barədə sertifikatlar alması da faktdır.

Yuxarıda da qeyd etdiyim kimi bu sahədə oğlum elə ən yaxşı sertifikatdır. Əgər o, indiyə qədər “Shokki-mokki” fındıqlı şokolad yağlarını sevə-sevə özünün səhər yeməyinə daxil edibsə, deməli, bu məhsul doğrudan da keyfiyyətlidir. Təkcə bu şirkətin yox, digər yerli şirkətlərin də məhsulları xarici şirkətlərin məhsullarından daha keyfiyyətlidir. Bu baxımdan yaxşı olar ki, heç olmasa, ərzaq məhsullarından yerli istehsalçılara üstünlük verək. Bir vaxtlar sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev demiş, “hamı yerli mal alsın, xeyiri vətənə qalsın!”
Təzadlar