“Gənc Turizm Bələdçisi” layihəsinə start verildi
6-12-2016, 16:33
Oxunub: 2 256
Turizm bələdçi texnikası və fəaliyyət istiqamətləri, ölkəmiz haqqında xoş biliklər, ölkənin təbliğ olunmasında turizm bələdçiliyinin əhəmiyyətinin vacibliyi gənclərə çatdırılacaqdır
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Turizm və Menecment Universiteti, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Turizm İnstitutu Məzunları İctimai Birliyinin birgə təşkilatçılğı ilə keçirilən “Gənc Turizm Bələdçisi” layihəsinə start verildi.
Bolgexeber.com bildirir ki, layihənin elanında deyilir:
Əziz Gənclər!
Sizləri “Gənc Turizm Bələdçisi” layihəsinə dəvət edirik!
“Gənc Turizm Bələdçisi” layihəsi çərçivəsində
-2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik oyunlarında bələdçi qismində fəaliyyət göstərəcək qrupların yaradılması məqsədi ilə turizm sahəsində təhsil alan, işləyən və könüllü fəaliyyət göstərən yüksək səviyyədə müxtəlif xarici dil biliyinə malik tələbə və gənclər arasından bir qrup iştirakçı seçilərək, Turizm Bələdçiliyinin bütün nəzəri və praktiki biliklərinin öyrədilməsi məqsədi ilə təlimlər keçiriləcək. Turizm bələdçi texnikası və fəaliyyət istiqamətləri, ölkəmiz haqqında xoş biliklər, ölkənin təbliğ olunmasında turizm bələdçiliyinin əhəmiyyətinin vacibliyi gənclərə çatdırılacaqdır. Gənc, təcrübəli və peşəkar turizm bələdçiləri hazırlanacaqdır.
-Sonda layihədə iştirak edən şəxslər 3 mərhələli imtahanda (test, Attestasiya Komissiyası qarşısında şifahi imtahan, ekskursiya imtahanı) iştirak edəcəklər, imtahandan uğurla keçən şəxslərə tərcüməçi-bələdçi kimi çalışması üçün müvafiq peşənin akkreditasiyası, ATMU-nun sertifikatı və şəhadətnaməsi təqdim olunacaqdır. Akkreditasiya əldə etmiş şəxslərin adları Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında yerləşdiriləcəkdir.
Təlimin alt başlıqları:
- Azərbaycan Coğrafiyası; (2 gün)
- Etnoqrafiyası; (2 gün)
- Azərbaycan tarixi; (2 gün)
- Arxeologiyası; (2 gün)
- Mədəniyyət və incəsənəti; (2 gün)
- Bələdçi texniki peşə bilikləri; (2 gün)
- Bakı-Abşeron marşrutu üzrə ekskursiya (2 gün)
Təlimçi: Mədəniyyət və Turizm Nazirliyinin Tərcüməçi Bələdçilərin hazırlığı üzrə Attestasiyası Komissiyasının üzvləri.
Qeydiyyatdan keçmək üçün: [email protected] elektron ünvanına CV, Şəxsiyyət vəsiqəsinin və Dil biliklərinizi təstiq edən sənədin skaner olunuş formasın göndərməyiniz tələb olunur.
Son qeydiyyat tarixi:15 dekabr, 2016-cı il
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə