BolgeXeber.Com » Xəbərlər » Tərtərdə binaların əsaslı təmirinə 3 milyon manat ayrılıb

Tərtərdə binaların əsaslı təmirinə 3 milyon manat ayrılıb

6-12-2016, 19:09
Oxunub: 2 104 Tərtərdə binaların əsaslı təmirinə 3 milyon manat ayrılıbPrezident İlham Əliyev “Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb

Bolgexeber.com-un məlumatına görə, sənəddə bildirilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Tərtər rayonunda bir sıra irimiqyaslı tədbirlər həyata keçirilib, Tərtər şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir edilib, Bayraq meydanı, Gənclər Mərkəzi, Uşaq Gənclər Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 110 mənzilli 4 yaşayış binası inşa edilib, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilib, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, o cümlədən on dörd min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 33 kilometr olan kəndlərarası avtomobil yolları tikilib, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sərəncama əsasən, Tərtərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 24 çoxmənzilli binanın əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.