BolgeXeber.Com » BÖLGƏ TV » Yolka bəzəmək neçəyə başa gələcək? – Video

Yolka bəzəmək neçəyə başa gələcək? – Video

6-12-2016, 19:12
Oxunub: 4 656 Yolka bəzəmək neçəyə başa gələcək? – Video Belə oyuncaqların qiyməti 3 manatdan başlayır

Yeni ilin gəlişinə az qalıb. Buna görə də yeni il şənliklərinin simvolu sayılan yolkalara və bəzək əşyalarına tələbat artıb. Qiymətlər isə müxtəlifdir.
Elə şaxta baba oyuncaqları qədər xoruz oyuncaqlarına da tələb böyükdür. 2017-ci ilin xoruz ili olması səbəbindən bu oyuncaqların da qiymətləri ilə maraqlandıq. Belə oyuncaqların qiyməti 3 manatdan başlayır.
Yeni ilin əsas simvolu olan yolkaların çeşidi isə lap çoxdur.
Məsələn, bəzi yolkaların qiyməti nə az, nə çox – düz 800 manatdır. Qiymətin belə baha olmasına səbəb onun original və bəzəklərinin üzərində satışa çıxarılmasıdır. Amma bununla yanaşı, mağazada hündürlüy 15 metr, qiyməti isə 4-5 min manat arasında dəyişən yolkalar da var.
Yolka alarkən çox soruşulan suallardan biri keyfiyyət ilə bağlı olur. Bunu bilmək üçün sadə bir metoddan istifadə kifayət edir.
Yolka bəzəklərinin qiymətləri isə 50 qəpikdən başlayır.
Gördüyünüz kimi, qiymətlər və çeşidlər müxtəlifdir. Yolkaları necə bəzəyəcəyiniz isə sizin istəyiniz, zövqünüz və təbii ki, cibinizdən asılıdır.

/Xəzər xəbər/