BolgeXeber.Com » İqtisadiyyat » Vahid Əhmədov: Banklar “qara bazar”a dolları özləri çıxarır

Vahid Əhmədov: Banklar “qara bazar”a dolları özləri çıxarır

6-12-2016, 19:46
Oxunub: 3 827 Vahid Əhmədov: Banklar “qara bazar”a dolları özləri çıxarır“Bu gün Azərbaycanda dolların “qara bazar”ı haradan yaranır? “Qara bazar”a külli miqdarda dollar haradan, kimlərin əli ilə daxil olur?”

Bolgexeber.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Dövlət Neft Fondunun və Mərkəzi Bankın banklar üçün hərraca çıxardığı dollar sonradan kimlərinsə əli ilə “qara bazar”lara buraxılır:

“Neft Fondu və Mərkəzi Bankın hər həftə hərraca çıxardığı və bankların aldığı dollarlar bankların öz əlləri ilə, müəyyən şəxslərin vasitəsilə ilə “qara bazar”a çıxarılır. Ona görə də hər gün dollar qalxdıqca, banklar da dollar satışını rəsmi dayandırır və dolları “qara bazar”a buraxaraq külli miqdarda pullar qazanırlar.

Hüquq-mühafizə orqanları axı nəyə görə bu cür ciddi maliyyə qanunsuzluğuna göz yumurlar?!

Çox xahiş edirəm, “qara bazar” məsələsinə ciddi yanaşaq. Əgər bu məsələ həllini tapmasa, maliyyə bazarında çox ciddi fəsadlar yaranacaq”.