BolgeXeber.Com » Analitika » OMON-çular vəkilləri ilə görüşdü

OMON-çular vəkilləri ilə görüşdü

31-08-2012, 01:55
Oxunub: 5 634
Arif Kazımov və Səfa Poladovun işi Avropa Məhkəməsinə göndərilir

Qobustan Qapalı Tipli Həbsxanasında ömürlük həbsə məhkum edilmiş Səfa Poladov və Arif Kazımovun işi Avropa Məhkəməsinə göndərilir. Bu barədə Bolgexeber.com-a keçmiş OMON-çuların vəkili Elçin Sadıqov deyib.
O bildirib ki, dünən Arif və Səfa ilə həbsxanada görüşüb. Görüşdə məqsəd onlara baş çəkmək, problemləri və qalma şəraitləri ilə tanış olmaq, habelə barələrindəki işi Avropa Məhkəməsinə göndərmək üçün etibarnamə almaq olub. Sadıqov deyib ki, etibarnamə aldıqdan dərhal sonra işi Avropaya göndərəcək.
Xatırladaq ki, Arif Kazımov və Səfa Poladov 1996-cı ildə ömürlük həbsə məhkum olunublar. Onların adları Avropa Şurası və ABŞ Dövlət Departamentinin ilk siyasi məhbuslar siyahısında da var.