BolgeXeber.Com » Analitika » Valideynlərin təzyiqi uşaqların davranışına mənfi təsir göstərir

Valideynlərin təzyiqi uşaqların davranışına mənfi təsir göstərir

7-12-2016, 12:17
Oxunub: 4 070 Valideynlərin təzyiqi uşaqların davranışına mənfi təsir göstərirABŞ-ın Ayova Universitetinin alimləri valideynlər tərəfindən təzyiqin uşaqların davranışına mənfi təsir göstərdiyini müəyyənləşdiriblər

Bolgexeber.com xəbər verir ki, tədqiqatlarda müxtəlif ailələrdən olan 500-dən çox uşaq iştirak edib. Uşaqlara valideynlərinin onlarda ən çox dəyərləndirdikləri altı xüsusiyyətdən üçünü seçmələri təklif olunub. Bu xüsusiyyətlərdən üçü məktəbdəki uğurlarla əlaqəli, digərləri isə davranış xarakterli olub. Nəticələr uşaqların davranışı və təhsil müəssisəsindəki müvəffəqiyyət göstəriciləri ilə müqayisə edilib.

Məlum olub ki, valideynlər tərəfindən uşaqların məktəb uğurlarının şəxsi keyfiyyətlərindən daha üstün tutulması onlarda ruh düşkünlüyü və narahatlıq hissi yaratmaqla yanaşı, dərslərində geriləməyə də səbəb olur. Bundan əlavə, belə uşaqlarda özünüqiymətləndirmənin aşağı səviyyədə olduğu, həmyaşıdları və valideynləri ilə tez-tez münaqişəyə girdikləri müəyyənləşdirilib.

Psixoloqlar hesab edirlər ki, valideynlər tərəfindən artıq təzyiq göstərilməsi uşaqlarda psixoloji kompleks yaradır.

Əvvəllər aparılan tədqiqatlarda alimlər tənqidin uşaqlarda hiperaktivliyə səbəb olduğunu müəyyən ediblər.