BolgeXeber.Com » Siyasət » “İki dəfə devalvasiya olub, hökumət nümayəndələri ekrana çıxmayıb...” - Deputat

“İki dəfə devalvasiya olub, hökumət nümayəndələri ekrana çıxmayıb...” - Deputat

7-12-2016, 16:19
Oxunub: 2 578 “İki dəfə devalvasiya olub, hökumət nümayəndələri ekrana çıxmayıb...” - Deputat"Manat bu gün Azərbaycanın siyasi, iqtisadi sabitliyinin simvoludur”

Bolgexeber.com "Qafqazinfo.az"a istinadən xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, bu gün iqtisadi böhran və ölkədə iki dəfə devalvasiya yaşansa da, hökumət nümayəndələrini ekranda görmək olmur:

"Axı 3-4 ekspertlə cəmiyyəti cəmiyyətdəki informasiya vaakumunu doldurmaq mümkün deyil. Proses davam etdikcə cəmiyyətdə əlavə dedi-qodulara yol açır. Ona görə də, hökumət ekrana çıxıb vətəndaşı ölkənin üzləşdiyi vəziyyətlə bağlı məlumatlandırmalıdır".

Ölkədəki bank sektorunda yaranmış vəziyyətə toxunan millət vəkili bildirib ki, bank sektoru cəmiyyətin əsas qan-damar sistemidir və cəmiyyətin gələcəyi, yaşaması bu sistemin necə işləməsindən asılıdır”.

Zahid Oruc bildirib ki, bu gün 200 min insan bank kreditinə görə məhkəmələrlə üz-üzə qalıb:

"Ancaq bu gün nəyin şahidi oluruq. Bank sektorunda yaranmış böhran nəticəsində 200 min insanla məhkəmə üz-üzədir və bu gərgin proses davam etməkdədir. Burada artıq spekulyasiya amilləri görülməkdədir. Odur ki, bu sahəyə ciddi diqqət ayırıb vəziyyəti sabitləşdirmək lazımdır. Bu gün manat bir əmtəə vasitəsidir. Azərbaycan vətəndaşının psixologiyasında bir şey həkk olunub ki, manat sabitdirsə, hər şey yaxşıdır. Çünki Azərbaycan vətəndaşı manatın sabitliyini siyasi, iqtisadi sabitliyin təminatçısı kimi görür. Ola bilər, başqa ölkədə məsələyə başqa cür baxılır.

Lakin Azərbaycanda düşüncə fərqlidir və ona görə də hökumət manatın sabitləşməsi istiqamətində ciddi addımlar atıb, onun sabitliyini təmin etməlidir. Bank sektoru sağlamlaşdırılmalıdır”.