BolgeXeber.Com » Xəbərlər » Rəisin gəlinini qaçıran kimdir? - Təfərrüat

Rəisin gəlinini qaçıran kimdir? - Təfərrüat

7-12-2016, 17:57
Oxunub: 2 059 Rəisin gəlinini qaçıran kimdir? - TəfərrüatAzərbaycanda polis rəisinin gəlininin qaçırılması hadisəsinin müəyyən təfərrüatları məlum olub

Missiya.az xəbər verir ki, rayonlardan birinin polis rəisinin oğlunun nişanlısı başqa birinə qoşularaq qaçıb. Məlumata görə, Ağcabədi rayonunda yaşayan qızla rəisin oğlu 3 il nişanlı olub. Onların bu yaxınlarda toylarının olacağı gözlənilirmiş. Lakin rəis oğlu ilə evlənmək istəməyən qız öz rayonundan olan bir oğlanla qaçmaq qərarına gəlib.

Onların bu əməlindən xəbər tutan rəisi isə hadisə baş verən rayonun polis şöbəsinin rəisindən yardım istəyib. Hazırda oğlanın yaşadığı ev polis mühasirəsindədir. Qızın geri qaytarılması tələb olunur.

Məlumatda o da qeyd olunurdu ki, rəisin gəlini Ağcabədidə fəaliyyət göstərən restoranlardan birinin sahibinin qızıdır.

Hadisənin bəzi detallarına aydınlıq gətirilib. Rayondakı mənbədən verilən məlumata görə, gəlini qaçırılmış şəxs müvəqqəti olaraq Ağcabədidə yerləşdirilmiş Laçın rayon Polis Şöbəsinin rəisi Məhəmməd Kərimovdur. Qaçırılan qızın atası isə Ağcabədidəki "Gənclik” restoranının sahibi Şahin adlı şəxsdir.

Hazırda rayonda həqiqətən də gənclərin yerinin müəyyən etmək üçün axtarış tədbirləri həyata keçirilir. Rəis oğlunun nişanlısını qaçıran şəxsin qardaşı və atası sorğu-suala çəkilib. Axtarış tədbirləri isə qızın atasınn şikayəti əsasında aparılır.

Mənbə bildirib ki, qız öz istəyi ilə qoşulub getdiyinə dair ismarış göndərsə də, axtarış tədbirləri dayandırılmayıb.