BolgeXeber.Com » Ölkə » "Bakinternet"də nə zaman normal internet olacaq?

"Bakinternet"də nə zaman normal internet olacaq?

8-12-2016, 11:18
Oxunub: 3 168 "Bakinternet"də nə zaman normal internet olacaq?Azərbaycanda müştərilərinin sayına görə ilk yerlərdən birini tutan, dövlət şirkəti olan "Bakinternet" internet provayderi ilə bağlı şikayətlər səngimir

Son iki həftədə "Bakinternet"in təqdim etdiyi internetin keyfiyyəti daha da aşağı düşüb. İnternet təminatında fasilələr, kəsilmələr, sürətin aşağı olması az qala adi hala çevrilib.

Xüsusilə də səhər saatlarında, 05.20-08.10 radələri arasında "Bakinternet" abunəçiləri olan vətəndaşlarımızın əsəbləri tarıma çəkilir. Səbəb - internetin ümumiyyətlə olmamasıdır.

Şirkətin müştəri xidməti də sadəcə 155 saylı nömrədəki "servis" ilə kifayətlənir. Bu nömrə yalnız təmirə ehtiyacı olan nömrələrlə bağlı sifarişlər qəbul edir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakinternet"lə bağlı saysız-hesabsız şikayətlərə cavabı isə hələ də səslənməyib.(milli.az)