BolgeXeber.Com » Xəbərlər » Fazil Mustafa: “İnhisarçılıq qalmaqdadır, sağlam rəqabətin olmaması problemə çevrilib”

Fazil Mustafa: “İnhisarçılıq qalmaqdadır, sağlam rəqabətin olmaması problemə çevrilib”

8-12-2016, 13:42
Oxunub: 2 104  Fazil Mustafa: “İnhisarçılıq qalmaqdadır, sağlam rəqabətin olmaması problemə çevrilib”“Ölkədə işsizliyin sayı kifayət qədər artan vəziyyətdədir. Pay torpaqlarına malik vətəndaşların böyük əksəriyyəti öz torpaqlarından istifadə etmirlər. Bunlar da gizli işsizlər ordusunda yer alırlar. Tikinti sektorunda çalışanların da böyük bir hissəsi bu sırada yer almaqdadır. Ödənişsiz məzuniyyətə göndərilənlərin də böyük hissəsi işsiz qalıb”

Deputat Fazil Mustafa bu fikirləri parlamentdəki büdcə müzakirələri zamanı deyib. Bildirib ki ona görə də biz sahibkarlığın inkişafını zəruri sayırıq: “Əks təqdirdə dövlət işsizlər ordusunun problemlərini həll etməyə nail ola bilməyəcək. Bu da ölkəmiz üçün, milli təhlükəsizliyimiz üçün çox ciddi təhlükədir. İşsizlik nəticəsində kriminal sahəyə və narkomaniyaya axın kifayət qədər artıb. Ona görə də orta aylıq əmək haqqı bizi aldatmamalıdır”.

F.Mustafa xatırladıb ki, Fondun büdcəsində anadan olan uşaqlara görə ümumilikdə 7,2 milyon vəsait nəzərdə tutulur. Ancaq deputat bu vəsaitin yetərli olmadığına işarə vurub: “Bazarda bir uşağın təminatı üçün lazım olan ərzağın və digər vəsaitlərin alınması o qədər bahadır ki, ailənin onun öhdəsindən gəlməsi mümkün deyil. Hamı bilir ki, bir məktəbli uşağın bir aylıq xərcləri 300-400 manatı keçir. Çox sayda xəstə uşaqlar var ki, valideynləri vəsait tapıb onları müalicə edə bilmirlər. Ona görə də biz bu sahələrə diqqət yetirməliyik”.

Deputat qeyd edib ki, ölkədəki problemlərin həlli sahibkarlığa stimul veriməsindən keçir: “Ancaq inhisarçılıq qalmaqdadır, Rəqabət Məcəlləsini hələ də qəbul etməməyimiz, sağlam rəqabətin olmaması problemə çevrilib”.