BolgeXeber.Com » Xəbərlər » Quba donur - Mənfi 15-17 dərəcə şaxta var

Quba donur - Mənfi 15-17 dərəcə şaxta var

8-12-2016, 14:59
Oxunub: 3 187 Quba donur - Mənfi 15-17 dərəcə şaxta varDekabrın 7-dən 8-nə keçən gecədən başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib

Gecə saatlarından başlayaraq bölgənin bütün yaşayış məntəqələrinə qar yağır.

Bolgexeber.com xəbər verir ki, Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, qarın yağması ilə əlaqədar şimal bölgəsində temperatur mənfi 4-10 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız və Xınalıq kəndlərində qeydə alınıb - mənfi 15-17 dərəcə.

Ən çox yağıntı Qubanın Təngəaltı ərazisində olub. Burada qarın hündürlüyü 20 santimetrə çatır. Xınalıq, Qırız kimi ucqar dağ kəndlərində 15-16 santimetrədək qar var.

Qarın hündürlüyü Qusarda 20, Xızının Altıağac qəsəbəsində 14, Xaçmazda 2 santimetr təşkil edir.

Hazırda şimal rayonlarına qar yağmaqda davam edir.