BolgeXeber.Com » Xəbərlər » Oqtay Əsədov: Bu artım heç deputatın işıq puluna çatmayacaq

Oqtay Əsədov: Bu artım heç deputatın işıq puluna çatmayacaq

8-12-2016, 20:19
Oxunub: 2 043 Oqtay Əsədov: Bu artım heç deputatın işıq puluna çatmayacaqMilli Məclisin spikeri Oqtay Əsədov parlamentin saxlanma xərclərinin 13% artırılmasına münasibət bildirib

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, spiker parlamentin plenar iclasında 2017-ci ilin dövlət büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı qanunverici orqanın gələn ilin xərclər smetası layihəsi barədə məlumat verən Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyevə iradını bu formada bildirib:

“Sən deyirsən ki, bu il Milli Məclisin büdcəsi 394 min manat artırılır. Camaat da deyəcək ki, Milli Məclisin büdcəsini artırıblar. Bu artım heç sənin işıq puluna çatmayacaq. Yəni, artım yoxdur. Həqiqətən, keçən illər Milli Məclis çox böyük səylər nəticəsində ezamiyyə xərclərini aşağı salıb. Ezamiyyə xərcləri bizə çatmırdı. Çünki biz büdcəni keçən ilin noyabr ayında qəbul etmişdik. Noyabr ayından sonra iki dəfə devalvasiya oldu.

Dövlət təşkilatları arasında ən çox xaricə ezamiyyətə gedənlər parlamentin nümayəndə heyətləridir. Bu ildən artıq iki saxladığımız parlament nümayəndə heyətinin fəaliyyətini bərpa etmişik.

Baş nazirə də məktub yazmışam, maliyyə naziri Samir Şərifova da demişəm ki, ezamiyyə xərcləri məsələsi qeydə alınmalıdır. Çünki beynəlxalq təşkilatlarda Milli Məclis iştirak etməzsə, işlərdə çox böyük axsaqlıq olar. Ona görə dekabrın 16-da bu məsələlər hökumətin diqqət mərkəzində olsun”.