BolgeXeber.Com » Bölgə » Şamaxıda şagirdlər məktəbdə soyuqdan donurlar – VİDEO

Şamaxıda şagirdlər məktəbdə soyuqdan donurlar – VİDEO

9-12-2016, 11:26
Oxunub: 3 405 Şamaxıda şagirdlər məktəbdə soyuqdan donurlar – VİDEOŞagirdlər siniflərdə gödəkçə ilə oturub, çantalarını açmağa belə ərinirlər

Havaların soyuq olduğu bu vaxtlarda məktəblərdə istilik sistemi necədir. Şamaxıda əksər təhsil ocaqlarında istilik məsələsi həll olunsa da, bəzilərində problemlər var.

Şagirdlər siniflərdə gödəkçə ilə oturub, çantalarını açmağa belə ərinirlər. Səbəb siniflərin soyuq olmasıdır.

Qış havası dağlıq rayonlarda, xüsusilə də məktəblərdə istilik problemini aktuallaşdırıb. Şaxtalı havanın hökm sürdüyü Şamaxıda bəzi məktəblərdə istilik sistemi qaydasında deyil. Şamaxı şəhəri 9 saylı orta məktəbdə siniflərin soyuq olması uşaqların davamiyyətinə mənfi təsir edir.

Məktəbin direktoru Xasay İsayev bildirir ki, məktəbi istiliklə təmin edən qazanxanada problem var.

Ümumilikdə, Şamaxıda 71 təhsil ocağı var ki, onlardan 3 məktəb mərkəzləşdirilmiş qazanxana ilə isidilir. Qalanlardan 16-sı qazla, 9-u dizel yanacağı, 2-si elektrik cihazları ilə qızdırılır. Rayonda 42 məktəb odunla qızdırılır.

Bolgexeber.com Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: