BolgeXeber.Com » Sosial » Alan da şikayət edir, satan da... - “Heç kimdə bayram ovqatı qalmayıb” - Bazardan REPORTAJ

Alan da şikayət edir, satan da... - “Heç kimdə bayram ovqatı qalmayıb” - Bazardan REPORTAJ

9-12-2016, 13:18
Oxunub: 4 266 Alan da şikayət edir, satan da... - “Heç kimdə bayram ovqatı qalmayıb” - Bazardan REPORTAJ“Tək bazarda deyil, hər sahədə qiymətlər od tutub yanır. İki uşağım var, bütün valideynlər kimi mən də onlara hər şeyin yaxşısını vermək üçün çalışıram"

Dekabr ayı yeni ilin müjdəçisi olaraq bilinir. Dekabr ayında hamı yeni il üçün hazırlıqlarını görməyə çalışır. Kommunal xərclərin qiymətlərinin artması, manatın dollar qarşısında hər gün daha da ucuzlaşması əhalinin yeni il hazırlığına mane olur. Manatın dəyərdən düşməsi və kommunal xərclərin bahalaşması digər sahələrdə də bahalaşmaya yol açır. Elə ticarətdə də həmçinin..

Modern.az saytının əməkdaşları qiymət artımının bazarlara təsirini əyani şəkildə görmək üçün Nizami rayonunda yerləşən “8-ci km bazarı”na üz tutub. Bazardakı vəziyyəti alıcı və satıcılar təsvir etdilər.
Satıcı Vaqif Ağayev meyvə-tərəvəzin qiymətinin çox da baha olmadığını dedi.
“Əvvəlki illərlə müqayisədə alıcılıq qabiliyyəti çox azalıb. Əgər iş yeri çox olsa, əhali də qazanc götürər, təbii ki, bizim də alverimiz yaxşı olar. Bizə də çox çətin olur, gündə müəyyən qədər alver etməliyik ki, bazarın yerpulunu verək. Bazarda yerpulunu çox qaldırıblar. Əvvəllər 1300 manat, indi isə 1500 manat yerpulu veririk. Onu vermək bizim üçün çox çətindir. Mən əvvəllər Rusiyada bazarda işləmişəm, orada alıcılıq qabiliyyəti buradan çox yüksəkdir”.

Həmsöhbətimiz bildirdi ki, hər alıcı piştaxtaya yaxınlaşanda sevinirlər.
Alan da şikayət edir, satan da... - “Heç kimdə bayram ovqatı qalmayıb” - Bazardan REPORTAJ


“Onlar da qiyməti soruşur, ciblərinə uyğun olmadığını biləndən sonra uzaqlaşırlar. Bu millətin halına yanan yoxdur. Rəhmətlik Mirzə Ələkbər Sabirin dediyi söz lap yadıma düşdü: “Millət necə tarac olur olsun, nə işim var?”. İndi qarşıdan yeni il gəlir. Meyvə-tərəvəzi əvvəl hansı qiymətə satırdıqsa, yenə də həmin qiymətə təklif edirik. Cüzi miqdarda qiymət artımı var. Onun da səbəbi yerpulunun çox olması ilə əlaqədardır. Axı mən də burdan 3-5 qəpik qazanıb, övladlarıma yedizdirməliyəm”.

Digər satıcı Namiq Məmmədov çərəzlərin qiymətlərinin keçən ilkindən xeyli fərqləndiyini bildirdi.

“Əhalidə bahalaşan çərəzləri almağa pul yoxdur. İnsanlar işləməyəndən sonra onlarda pul hardan olsun ki? Qiymətlər 50 qəpik - 1 manat arası qalxıb. Çünki burada elə məhsullar var ki, biz onu xaricdən alırıq. Məcburuq ki, üstünə o pulu qoyub, yerpulunu və bir tikə çörəkpulumuzu qazanaq”.
Alıcı qıtlığından şikayətlənən satıcı dedi ki, insanların kredit borclarının olması bazarlara da təsir edir.
“Dollar bahalaşandan sonra da dollarla krediti olanların borcu daha da artıb. Bilmirlər ki, kredit ödəsinlər, ya gəlib bazarlıq etsinlər. Keçən il bu vaxtlar yeni ilə görə alıcı əlindən bazarda tərpənmək olmurdu. İndi isə piştaxtaya yaxın gələn yoxdu. İnsanlarımızın maddi durumu həddindən artıq pisləşib. Mən inanıram ki, bu gedişlə yeni il də qeyd edən olmayacaq”.
Alan da şikayət edir, satan da... - “Heç kimdə bayram ovqatı qalmayıb” - Bazardan REPORTAJ

Bazarın Elman adlı qəssabı da alıcı qıtlığından şikayətləndi.

“İnanırsınız ki, 3 gün bundan əvvəl kəsdiyim quzu ətini hələ də sata bilmirəm. Alıcılıq qabiliyyəti çox aşağıdır. İnsanlar bu dəqiqə bilmirlər ki, kommunal xərcləri ödəsinlər, ya qarınlarına nəsə alsınlar. Mən mal ətini 10, quzu ətini isə 11 manata satıram. Bu qədər əziyyətin müqabilində isə mənə qəpik-quruş qalır. Heç bu mənim gördüyüm işin əziyyətinə belə, dəyməz. Amma neyləmək olar, çörəyimizin xətrinə buna məcburuq”.
Bazara müştəri qismində gələn Elmira aslı alıcı da qiymətlərin bahalığından şikayətləndi.
Onun sözlərinə görə, bazara böyük bir siyahı ilə gəlmişdi, amma qiymətlərə görə siyahıda bəzi ixtisarlar etdi.
“Bazara hər dəfə gələndə qiymətlərin daha da artdığına şahidlik edirik. Kommunal xərclərin qiyməti artdı. Hər şeyə qənaət edirik ki, bir təhər yaşayaq. Qarşıdan yeni il gəlir, qiymətlər indi belədirsə, bir neçə günə daha da bahalaşacaq. Bazarlıq təkcə ərzaqla bitmir. Evdə tək yoldaşım işləyir. Onun da aldığı maaş 600 manatdır. Bu pulla bir ailə necə yaşasın?.. Əvvəllər ayda 5,6 kq ət alardıq. İndi 2-3 kilonu güclə alırıq. Bazardakı satıcıları da qınamıram. Onlar da aldıqlarının üzərinə pul qoymalıdılar ki, dolana bilsinlər. Onlar da bu soyuqda burda dururlar ki, evlərinə bir tikə çörək aparsınlar, amma qiymət bahadır hamı sadəcə qiymətləri soruşur. Qiymət baha olunca da, mənim kimi kor-peşman geri dönürlər”.

Başqa bir müştəri Adil Məmmədov bildirdi ki, Azərbaycanda yaşamaq getdikcə çətinləşir.

“Tək bazarda deyil, hər sahədə qiymətlər od tutub yanır. İki uşağım var, bütün valideynlər kimi mən də onlara hər şeyin yaxşısını vermək üçün çalışıram. Uşaqla bazara gəlməyə üzüm gəlmir. Uşaqların sağlamlığı üçün keyfiyyətli qidalardan istifadə vacibdir. Amma qiymətlər o qədər bahadır ki, heç nədən normasında ala bilmirik. İşığın və qazın da bahalaşması bir tərəfdən ailə büdcəmizə təsir etdi. Yeni ilin gəlişinə çox az vaxt qalıb, amma heç kimdə bayram təəssüratı qalmayıb. Bazara hər dəfə gələndə qiymət artımı ilə rastlaşırıq. Əvvəl satıcılar çaşıb qiyməti asağı salırdılar. Amma indi hec o da yoxdu, satıcı dediyi qiymətdən aşağı düşmür”.

Bazardakı qiymətləritəqdim edirik, buyurub tanış olun.

Tərəvəzlər
Göyərti – 7 ədidi 1 manat
Soğan - 35 qəpik
Kələm - 50 qəpik
Kartof - 70-80 qəpik
Turp - 1 manat
Pomidor - 1-1.50 manat
Xiyar – 2-2.50 manat
Tənək yarpağı – 3 manat
Göbələk - 3 manat
Turşular - 1-10 manat arası

Alan da şikayət edir, satan da... - “Heç kimdə bayram ovqatı qalmayıb”

Meyvələr

Xurma – 1-1.50 manat
Nar – 2-2.50 manat
Portağal - 1.60-2 manat
Alma - 1 manat
Narıngi – 1 man
Banan -2 manat
Kivi - 2.50 manat
Heyva - 2.50 manat
Əzgil – 3 manat
Armud - 3-3.50 manat
Üzüm – 4 manat

Quru meyvə-tərəvəz və çərəz

Düyü (uzun) - 2 manat
“Tamaşa” düyüsü - 3 manat
“Sultan” düyüsü - 3 manat
“Şahənşah” düyüsü - 3 manat
Mərci - 3,50 manat
Noxud - 3,50 manat
Qaragöz lobya - 4 manat
Lobya - 4 manat
Maş lobya - 4 manat
Meyvə qurusu - 7 manat
Qaysı – 8 manat
Xurma - 8 manat
Kişmiş - 8-18 manat
Şabalıd - 12 manat
Qoz - 14-18 manat
Fındıq - 15 manat
Badam - 20 manat
Püstə - 22-25 manat
Yerfındığı - 5 manat

Ət və süd məhsulları

Qatıq - 1 manat
Toyuq kq - 3-5 manat
Pendir - 3.50-5 manat
Quzu əti - 11 manat
Mal əti – 10 manat
Hinduşka -10 manat

Balıqlar

Kütüm - 8 manat
Naxçıvan sazanı - 8 manat
Çapak -2 manat
Sazan - 5 manat
Sudak - 3 manat
“Belamur” - 6 manat
Alan da şikayət edir, satan da... - “Heç kimdə bayram ovqatı qalmayıb” - Bazardan REPORTAJ
Alan da şikayət edir, satan da... - “Heç kimdə bayram ovqatı qalmayıb” - Bazardan REPORTAJ
Alan da şikayət edir, satan da... - “Heç kimdə bayram ovqatı qalmayıb” - Bazardan REPORTAJ
Alan da şikayət edir, satan da... - “Heç kimdə bayram ovqatı qalmayıb” - Bazardan REPORTAJ
Alan da şikayət edir, satan da... - “Heç kimdə bayram ovqatı qalmayıb” - Bazardan REPORTAJ
Alan da şikayət edir, satan da... - “Heç kimdə bayram ovqatı qalmayıb” - Bazardan REPORTAJ
Alan da şikayət edir, satan da... - “Heç kimdə bayram ovqatı qalmayıb” - Bazardan REPORTAJ