BolgeXeber.Com » BÖLGƏ TV » Şəkililər su əvəzinə, palçıq içir - FOTO, VİDEO

Şəkililər su əvəzinə, palçıq içir - FOTO, VİDEO

9-12-2016, 13:59
Oxunub: 4 198 Şəkililər su əvəzinə, palçıq içir - FOTO, VİDEOŞəkinin su təchizatının yaxşılaşdırlması üçün dövlət tərəfindən ayrılan milyonlarla manat vəsait mənimsənilərək, özlərinə malikanələr, ticarət obyekləri inşa etdirilər

«Tezadlar.az»-a Şəki şəhəri, 20 Yanvar küçəsi 56, mənzil 31-də yaşayan 2-ci qrup hərbi xidmət əlili Ağayev Əlosət Ağa oğlunun şikayət məktubu daxil olub. 2-ci qrup əlil Şəki Sukanal İdarəsinin rəisi Bayram Məmmədovdan şikayətçidir.

Şikayətçinin yazdığına görə, Şəki Sukanal İdarəsinin rəisi Bayram Məmmədov onu məhkəmə ilə təhdid edir: «Artıq üçüncü dəfədir ki, «Azərsu» ASC-nə Şəki Sukanal İdarəsinin rəisi Bayram Məmmədovun əhaliyə içməli su əvəzinə, palçıq verərək, sonra da onlardan ekoloji təmiz su pulu tələb etməsi barədə şikayət etmişəm.
Azərbaycan Respublikası Vətəndaşların Müraciətlərinə Baxılması Qaydaları Haqqında Qanununun 7.13.-cü maddəsinə əsasən: "Vətəndaşların Müraciətlərinə aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır".
Buna baxmayaraq, «Azərsu» ASC mənim eyni məzmunlu şikayətimi yenidən, Dövlət Qanunlarına məhəl qoymayan Şəki Sukanal İdarəsinin rəisi Bayram Məmmədovobun üstünə göndərərək hüquqlarımı pozublar.
Belə ki, mən Şəki Sukanal İdarəsi ilə ekoloji təmiz içməli su və kanalizasiyadan istifadə haqqda qarşılıqlı müqavilə bağlamışam və 2012-ci ilədək vaxtlı-vaxtında aylıq borcumu ödəmişəm. Lakin B.Məmmədov müqavilənin şərtlərini pozduğuna görə 2012-ci ilin yanvarından müqavilənin icrasını birtərəfli dayandırmışam.
Ona görə ki, uzun illər biz Şəki əhalisi ekoloji təmuz içməli su üzünə həsrətdir, hələ də bu idarə su əvəzinə, bu millətə palçıq verir, amma təmiz içməli suyun pulunu tələb edir.
Şəkinin su təchizatının yaxşılaşdırlması üçün dövlət tərəfindən ayrılan milyonlarla manat vəsait mənimsənilərək, özlərinə malikanələr, ticarət obyekləri inşa etdirilər.
Müqavilənin 5.1 maddəsinin şərtlərinə əsasən, 1990-2011-cı illərdə mən palçıqdan və kanalizasiyadan istifadə etdiyim borcumu hər il faktiki olaraq evdə yaşadığım aylara görə ödəyirdim. Daha doğrusu, Şəkidə olmadığım müddətlərə görə hər il bunu təstiq edən arayışlar təqdim edirdim. B.Məmmədov 2012-ci ildən bu qayda ilə borc ödəməyimi qadağan edərək, arayışlarımı qəbul etməkdən imtina edərək, evdə yaşayıb-yaşamadığımdan asılı olmayaraq məndən bütün aylara görə aylıq borc ödməyimi tələb etdi. Hakbuki mən səhhətimlə əlaqədar ömrümün çox hissəsini xəstəxanalarda, sanatoriyalarda, Əlillərin Bərpa Mərkəzində keçirmişəm, hal-hazırda isə Bakıda qızım gildəyəm. 06.10.2016-cı il tarixdə Şəki MRX-da gözümdə aparılan uğursuz əməliyyat səbəbindən 27 derkab tarixində Bakı şəhərində təkrar əməliyyat olunacağam.
Bu səbəblərdən də Şəki Sukanal İdarəsinin mənə hesabladıqları aryıq borcu ödəməkdən imtina etmişəm.
Mən bu günədək gözlədim ki, idarə mənə rəsmi cavab verəcək. Lakin üstündən beş il keçəndən sonra B.Məmmədov bugünlərdə mənə beş ilin, istifadə etmədiyim aylara görə su borusuna buraxdığı palçıqdan və kanalizasiyadan istifadəyə görə borcun hesab-fakturasını gondərib.
Halbuki 3 aydan gec borcunu ödəməyən abunəçiyə rəsmi xəbərdarlıq məktubu göndərilməli idi. Bəs hanı o məktub?
Hal-hazırda «Azərsu» ASC-nin Şəkidəki numayəndəsi Bayram Məmmədov öz milyonlarına və havadarlarına arxayın olaraq bağladığı müqavilənin şərtlərini pozduğu halda, məni məhkəmə ilə hədələyir.
Əlbəttə ki, B.Məmmədovun bu özbaşınalıqlarına şərait yaradan «Azərsu» ASC-dir. Odur ki, «Azərsu» ASC rəhbərliyindən Şəki Sukanal İdarəsinin rəisi Bayram Məmmədov barəsində ciddi tədbir görülməsini xahiş edirəm».
Məsələ ilə bağlı Şəki Sukanal İdarəsinin rəhbərliyinin fikrini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Şəkililər su əvəzinə, palçıq içir - FOTO, VİDEO
Şəkililər su əvəzinə, palçıq içir - FOTO, VİDEO
Şəkililər su əvəzinə, palçıq içir - FOTO, VİDEO
Şəkililər su əvəzinə, palçıq içir - FOTO, VİDEO