BolgeXeber.Com » Dünya » ŞOK ! Ana qızını doğradı

ŞOK ! Ana qızını doğradı

2-09-2012, 19:35
Oxunub: 4 209
Məşuqunun tərk etməsindən sonra işini də itirən qadın ağır depressiyaya girmişdi.
O, 4 yaşlı qızını doğrayıb, sonra da intihar etməyə çalışıb.

Məhkəməyə əlil arabasında gətirilən qadın cəzasını alıb.

İngiltərənin Mançester bölgəsindəki Beri şəhərində yaşayan, Moorgate Primary Care klinikasında tibb bacısı işləyən 35 yaşlı Daun Mekin depressiyaya düşərək 4 yaşlı qızı Xloya dəfələrlə bıçaq zərbələri vurandan sonra damarlarını kəsmişdi.

Daunun 34 yaşlı Martin Kempbell adlı məşuqu vardı və tibb bacısı da klinikadakı xəstələr barədə məlumatları məşuquna verirdi.

Məşuq həmin məlumatlardan şantaj məqsədilə istifadə edir, pul qazanırdı.
Klinika rəhbərliyi bundan xəbər tutan kimi Daunu işdən qovdu.

İşsiz qalan Daun artıq Kempbellə lazım olmadığından, məşuq da getdi.
Fevralın 14-də qızı Xlonu bıçaqlayaraq öldürən Mekin sonra bilək damarlarını kəsmişdi.

Məhkəməyə əlil arabasında aparılmış Daun Mekin 12 il müddətinə azadlıqdan məhrum edilib.