“Azdrama”da MÜBAHİSƏ: - sərəncamçı direktor işdən çıxarıldı
10-12-2016, 16:56
Oxunub: 2 809
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının (“Azdrama”) sərəncamçı direktoru Natiq Gülməmmədov tutduğu vəzifədən azad edilib
Teatrdan Modern.az saytına daxil olan məlumatda deyilir ki, Natiq Gülməmmədovun işdən çıxarılmasına səbəb son vaxtlar onun “Azdrama”nın bədii rəhbəri və direktoru Azərpaşa Nemətlə yola gedə bilməməsi olub. Belə ki, tərəflər arasında dəfələrlə ciddi mübahisənin baş verdiyi, məsələnin hətta Mədəniyyət və Turizm Nazirliyinədək gedib çıxdığı bildirilir.
Amma “Azdrama”dan yola salınan Natiq Gülməmmədov işsiz də qalmayıb. Modern.az-ın əldə etdiyi məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə o, Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Natiq Gülməmmədov 2016-cı ilin yanvar ayından Akademik Milli Dram Teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunmuşdu.
O, 2010-2015-cı illərdə Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsində çalışmışdı. Beləliklə də “Azdrama”dan çıxarılan N.Gülməmmədov Kukla Teatrındakı əvvəli vəzifəsinə qaytarılıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər