BolgeXeber.Com » BÖLGƏ TV » Kikboksçu Riko Verhoven K-1-in canlı əfsanəsi Badr Harini məğlub edib - VİDEO

Kikboksçu Riko Verhoven K-1-in canlı əfsanəsi Badr Harini məğlub edib - VİDEO

11-12-2016, 12:05
Oxunub: 3 949 Kikboksçu Riko Verhoven  K-1-in canlı əfsanəsi Badr Harini məğlub edib - VİDEOÖtən gün Almaniyanın Oberhauzen şəhərində cütləşdirilmiş "Glory Collision" və "Glory 36" kikboks turniri keçirilib

"Report" xəbər verir ki, gecənin ən maraqlı döyüşü turnirin superağır çəkidə hazırkı qalibi holland Riko Verhoven və K-1-in canlı əfsanəsi, mərakeşli Badr Hari arasında baş tutub.
Qarşılaşmanı daha da maraqlı edən tərəflərin döyüşdən əvvəl bir-birinin ünvanına xoşagəlməz fikirlər səsləndirməsi olub.
Beləliklə, döyüşün birinci raundu Harinin üstünlüyü ilə keçib. O, döyüşə daha çevik atılıb və hədəfə tez-tez düşməyi bacarıb. İkinci raundda Riko üstünlüyü ələ almaq üçün irəli atılıb. Bu zaman epizodlardan birində Hari zədələnib və məlum olub ki, mərakeşlinin qolu qırıldığından o, döyüşü davam etdirə bilməyəcək.
Beləliklə, döyüş başa çatıb və Riko Verhoven texniki məğlubiyyət sayəsində qalib gəlib.
Badr Hari bir ildən sonra Riko Verhovenlə yenidən döyüşəcəyinə söz verib.