BolgeXeber.Com » Şou-Biznes » Arif Quliyevin vəziyyəti pisləşib

Arif Quliyevin vəziyyəti pisləşib

3-09-2012, 12:40
Oxunub: 4 883 [justify]
Xəstəxanaya yerləşdirilən xalq artisti Arif Quliyev səhhəti ilə bağlı jurnalistlərə açıqlama verib.

Arif Quliyev bildirib ki, hazırda onun vəziyyəti qismən yaxşılaşıb: “Dünən Ağcabədiyə yasa gedirdik. Kürdəmirə çatanda halım pisləşdi. Aptekdən dərman aldım. Amma Zərdaba çatanda vəziyyətim daha da pisləşdi. Məni xəstəxanaya aparıblar. Təzyiqim 280-ə qalxıbmış. Səhərəcən iynə-dərman ediblər. Amma nizamlaya bilməyiblər. Sonra təcili yardımla Bakıya gətiriblər. Hazırda vəziyyətim o qədər də yaxşı deyil, ayağa qalxanda başım fırlanır”.

Xalq artisti onu illərdir müalicə edən həkimini axtardığını deyib: “Mənim bu xəstəliyimi həmişə bir həkim müalicə edirdi. İndi onun hansı xəstəxanada olduğunu bilmirik. Onu tapsam, dərdimə əlac edəcəyinə inanıram”.
[/justify]