BolgeXeber.Com » Dünya » İstanbulda törədilən terror aktında ölənlərin sayı 39 nəfərə çatdı

İstanbulda törədilən terror aktında ölənlərin sayı 39 nəfərə çatdı

12-12-2016, 10:06
Oxunub: 2 391 İstanbulda törədilən terror aktında ölənlərin sayı 39 nəfərə çatdıÖtən gün Beşiktaşda baş verən partlayış nəticəsində ölənlərin sayı 38-ə çatıb

Bolgexeber.com Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, ötən gün baş verən qanlı terror hadisəsi nəticəsində ölənlərin sayı 39-a çatıb. Onlardan 30-u polis məmuru və təhlükəsizlik işçisi, 7-i mülki vətəndaşdı, birinin isə şəxsiyyəti hələ də təsbit edilə bilməyib.

Nazir hücumdan dərhal sonra 10 nəfərin nəzarətə götürüldüyünü, keçirilən əməliyyat nəticəsində daha 3 nəfərin tutulduğunu deyib.

Hazırda xəstəxanalarda 136 nəfər müşahidə altındadır. Onlardan 14-ü reanimasiyada saxlanılır, 5-i isə əməliyyat olunub.

Həmçinin, nazir partlayışın PKK tərəfindən törədildiyinə işarə edib.