BolgeXeber.Com » Sosial » İstehlakçılar hüququnuz pozulur – Xəbəriniz var? VİDEO

İstehlakçılar hüququnuz pozulur – Xəbəriniz var? VİDEO

12-12-2016, 12:45
Oxunub: 3 061 İstehlakçılar hüququnuz pozulur – Xəbəriniz var? VİDEOİstehlakçı, aldığı məhsulu 2 həftə ərzində dəyişdirə, hətta qaytarıb pulunu götürə bilər

İstehlakçının hüququ var ki, aldığı məhsulu 2 həftə ərzində dəyişdirə, hətta qaytarıb pulunu götürə bilər. Ancaq bir çox mağazalar buna riayət etməyərək vətəndaşın hüquqlarını məhdudlaşdırırlar. Bahalı geyim mağazalarından birinin verdiyi çekin üstündə alınan məhsulun 2 gün ərzində yalnız dəyişdirilə biləcəyi qeyd olunub.

Mağaza alıcısına nəinki məhsulu qaytarmaq şansı verir, hətta dəyişdirməsi üçün də sadəcə 2 gün fürsət yaradır. Bu cür hallar yəni alınan məhsulun geri qaytarılmaması və ya hətta dəyişdirilməsi üçün vaxt məhdudiyyəti qoyulması bir çox satış obyektində rast gəlinir. Əslində isə bu, istehlakçı hüquqlarının pozulmasıdır.

14 gün ərzində dəyişdirmə və ya qaytarılma hüququ Nazirlər Kabinetinin qərarı ilə ancaq qızıl zinət əşyaları, ərzaq məhsulları, uşaq geyimləri, qadın kişi çimərlik geyimləri, parfumeriya məhsullarına aid edilmir. Vətəndaşlar da bu cür hallarla tez tez qarşılaşdıqlarını qeyd edirlər.

Hüquqşünas qeyd edir ki, bu cür hallarla qarşılaşan vətəndaşlar öz hüquqlarını tələb etməlidirlər.

Belə halla qarşılaşan vətəndaşlar 195-2 çağrı mərkəzinə və 012 498 15 01, 012 498 15 04 nömrələrinə müraciət edə bilərlər.