BolgeXeber.Com » Dünya » ŞOK ! 12 əsgərin başı kəsildi

ŞOK ! 12 əsgərin başı kəsildi

3-09-2012, 12:50
Oxunub: 5 429 [justify]
“Taliban”ın Pakistandakı qolu bir neçə gün əvvəl video yayınlayıb. Videodakı kadrlar insanı dəhşətə gətirir, “Taliban” terrorçuları əsgər olduğu bildirilən 12 şəxsin başını kəsib.

Bolgexeber.com-un verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələri həqiqətən 15 əsgərin yoxa çıxdığı barədə məlumat verib.

“Tahriki Taliban” Pakistan təşkilatının nümayəndəsi Siracəddin də AFP-yə göndərdiyi videoda kəsilmiş əsgər başlarının təşkilat tərəfindən qətlə yetirilən şəxslərin başları olduğunu bildirib.

Videoda danışan “Taliban” lideri bu sözləri deyir: “Allaha şükür Bacaur bölgəsindəki mücahidlərimiz Pakistandakı kafir əsgərləri öldürməyə müvəffəq oldu. Bir çoxu güllələnərək öldürüldü. Gördüyünüz kimi 12-sinin də başı kəsilib. Burada 12 kəsilmiş baş görürsünüz”.

Üzü qapalı, maskalı lider əyninə ənənəvi tayfa paltarını geyinib. “Taliban” liderinin ətrafındakı bir qrup mücahiddən birisi əlindəki böyük balta ilə diqqəti cəlb edir.
[/justify]