BolgeXeber.Com » Analitika » Saatlı sakinləri İlham Əliyevə səsləndi

Saatlı sakinləri İlham Əliyevə səsləndi

3-09-2012, 13:25
Oxunub: 5 578 [justify]
Onlar ölkə başçısına rayona cümə günü qəfil səfər etməyi tövsiyyə edirlər

Ölkə başçısı Ilham Əliyevin Saatlı rayonuna səfəri gözlənilir. Saatlıdan aldığımız məlumata görə, rayonun yerli hakimiyyəti ölkə başçısının səfərilə bağlı ciddi hazırlıq işləri görür. Rayonda kosmetik təmirlərdən tutmuş, əhali ilə profilaktik söhbətlərə qədər bütün hazırlıqlar şəxsən icra başçısı Siraqəddin Cabbarovun nəzarəti altında aparılır.
Saatlı sakinləri isə Ilham Əliyevin rayona qəfil gəlməsini istəyirlər. Onların fikrincə, ölkə başçısı yalnız qəfil səfər edərsə, rayonda nələrin baş verdiyinin şahidi ola bilər.
Sakinlərin əsas şikayəti Ilham Əliyevin səfəri ərəfəsində Telmankənd kəndində pambıq təmizləmə zavodunun bağlanması ilə bağlıdır. Sakinlər bildirir ki, Saatlı rayonunun 100 mindən artıq əhalisi var. Bu ilə qədər əhalinin 87 faizi əsasən pambıqçılıqla məşğul olurdu. Lakin pambıq monopolistləri insanları çörəksiz qoyub. Onların sözlərinə görə, əgər bu ilə qədər Saatlıda 7 min hektar ərazidə pambıq əkilmişdisə, bu il 4 min hektar ərazi əkilib. Çünki monopoliya sakinlərin pambıqçılığa marağını öldürüb. Sakinlər deyir ki, Saatlıda pambıq sahəsini monopoliyaya alan şəxslərin nəzarətində olan zavodlar pambığın bir kiloqramını 41 qəpiyə alır, Telmankənddəki zavodun sahibi isə inhisarçı olmadığına görə bir kiloqram pambığa 47 qəpik verirdi. Saatlı camaatı da buna görə məhsulunu yalnız bu zavoda satırdı. Lakin rayon rəhbərliyi heç bir əsas olmadan bu zavodu bağlayıb. Güman ki, növbəti ildən pambıq əkini daha da azalacaq. Işsizlərin sayı birə-beş artacaq.
Sakinlər Ilham Əliyevdən xahiş edir ki, o Saatlıya cümə günü qəfil səfər etsin. Və Saatlı Rayon Icra Hakimiyyətinin qarşısına gəlsin. O zaman yüzlərlə insanın çörək pulu almaq icra hakimiyyətinin qarşısında növbəyə düzüldüyünün şahidi olacaq. Sakinlərin başqa bir xahişi isə odur ki, Ilham Əliyev rayona gələrkən muzey, mərkəz açılışlarından əvvəl Telmankənddəki zavodun hansı səbəbdən bağlanması ilə maraqlansın.
[/justify]