BolgeXeber.Com » Ölkə » “Asena” insan orqanizminə təhlükə yaradır - İDDİA

“Asena” insan orqanizminə təhlükə yaradır - İDDİA

14-12-2016, 09:53
Oxunub: 3 062 “Asena” insan orqanizminə təhlükə yaradır - İDDİAAzərbaycanda 15-dən artıq xarici brend şirkətlərinin rəsmi nümayəndəsi olan “Asena” şirkətinin adı yenidən gündəmə gəlib

İstiqlal.az-a daxil olan məlumata görə “Asena” şirkəti Bakıda sellofon torbaların alqı-satqısı ilə məşğul olub.

Həmin torbalar insan orqanizmi üçün ziyanlı olub. Məişət və digər tullantıların təkrar emalından alınan torbaların yalnız zibil daşınması üçün istifadə edilməsi məsləhətli olub. Həmin torbalar müştərilərə təslim edilərkən onlar bu haqda məlumatlandırılmayıblar. Belə torbaların məişətdə istifadəsinin hətta ağır nəticələrə səbəb ola bilməsi ehtimalı da çox böyük olub.

“Asena” şirkətinin sahibi Sevda Nəcəfovanın bu haqda məlumatlı olub-olmaması bilinmir. Amma onun həyat yoldaşı, Respublika Onkoloji Xəstəxananın LOR şöbəsində həkimi olan Nazim Quliyevin bu haqda məlumatsız olması inandırıcı görünmür. Qeyd edək ki, “Asena” şirkəti Azərbaycanda keçirilən olimpiya oyunları dövründə iştirakçılara xidmətlərin göstərilməsi ilə məşğul olub, həmin günlərdə böyük pullar qazanıb. “Asena” bu gün “Coca Cola” kimi nəhəng şirkətin Azərbyacan nümayəndəliyini qidalarla təmin edir. Həmin qidaların daşınmasında qeyd edilən sellofan torbalardan istifadə olunub-olunmaması haqda məlumat yoxdur.

Yada salaq şirkətin adı bir neçə il əvvəl gündəmə Azərbaycandakı məşhur otellərə saxta mal satan şirkət kimi gəlmişdi. Həmin dövrdə lent.az saytında http://news.lent.az/news/105767
“Asena” MMC-nin inanılmaz fırıldağı” səhlövhəli yazı dərc olunmuşdu.

Yazıdan sitat:

“Sumqayıt şəhərində yerləşən “RJ-Xmikal” MMC maye sabun, qabyuyan şampun və saç üçün şampun istehsal edir, bu şampunları Bakıda yerləşən “Asena” MMC 200, 100 litrlik qablarda alır, beş litrlik qablara doldurur, üstünə “Jiznenaya sila” etiketləri vuraraq, Azərbaycanın məşhur otellərinə satır”. Lent.az-ın verdiyi məlumata görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsinin aparıcı məsləhətçisi Aftandil Muradxanov söyləyib. O bildirib ki, “Jiznenaya sila” etiketli malları Rusiyanın “Terem” ASC şirkəti istehsal edir: “Əvvəllər “Asena” MMC-nin “Terem” şirkəti ilə müqaviləsi olub, bu mallar gətirilib. Ancaq indi Rusiya şirkətindən bu malları almır, “RJ-Xmikal”-ın məhsullarını bu etiketlə satır. “Asena” otellərə maye sabunlar, duş gelləri satıb. Bunların da tərkibi məlum deyil. Bu məhsullar laborator analizə verilib. Analizin nəticələrindən asılı olaraq hüquq-mühafizə orqanlarına da müraciət edilə bilər”.