BolgeXeber.Com » Gündəm » Beyləqanın icra başçısı gələn ili görəvdə olmaya bilər... - Görünəni budur...

Beyləqanın icra başçısı gələn ili görəvdə olmaya bilər... - Görünəni budur...

15-12-2016, 14:58
Oxunub: 3 333 Beyləqanın icra başçısı gələn ili görəvdə olmaya bilər... - Görünəni budur... Hələ sovet dönəmində Beyləqan rayonu digər rayonlıara nisbətən daha öncüllər sırasında dayanan rayonlardan biri olsa da, bu gün sanki qara günlərini yaşayır

Vaqif Abdullayev 2012-ci ildə Beyləqan rayon İcra Hakimiyyətinə başçı təyin olunarkən, yerli sakinlər elə düşünürdülər ki, rayonun çoxsaylı problemləri qısa zaman kəsiyində həllini tapacaq, sakinlər ağgünə çıxacaqlar. Amma, onlar nə biləydilər ki, büdcə vəsaitlərini talamağa aludə olan, sahibkarların başına minbir oyunlar açmağa adət edən, müxtəlif ünvanlarda dəyəri milyon manatlarla qiymətləndirilən villalar tikdirən, yaxınının ad günündə ən bahalı avtomobili hədiyyə etməyi bacaran, respublikamızın istirahət zonalarında villalar və istirahət mərkəzləri alan bu şəxsdən, hər hansı ümidi gözləmək boş-boş xülyalardan başqa bir şey olmayacaq. Ümumiyyətlə, Vaqif Abdullayevin yarıtmaz idarəçiliyi ilə bağlı sakinlərin “Gündəm Xəbər”ə ünvanladıqları məktublarda bildirilir ki, bu gün rayonun soaiaq-iqtisadi problemləri aşıb-daşır. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev regionların inkişaf etdirilməsinə, sakinlərin sosial vəziyyətlərinin yaxşılaşdırılmasına daha çox diqqət yetirir, amma Beyləqanda icra başçısı olub qalanları da viran etməklə məşğul olur. Adicə bir məqama diqqət yetirək ki, bu gün rayonun mərkəzi magistral yolları bərbad haldadır, kənd yolları xarabazarlığa çevrilib, yerlərdə işsizlik baş alıb getdiyindən sosial problemləri daha çox aşıb-daşır, gənclərin paytaxt Bakı şəhərinə və qonşu dövlətlərə çıxıb getmələri, ümumi vəziyyətin acınacaqlı durumda olmasından xəbər verir.

Baxmayaraq ki, digər rayonlar kimi, Beyləqana da sosial və digər əhəmiyyət kəsb edən problemlərin həlli istiqamətində büdcədən xeyli vəsaitlər ayrılır, amma problemlər həllini tapmır ki, tapmır. Hələ sovet dönəmində Beyləqan rayonu digər rayonlıara nisbətən daha öncüllər sırasında dayanan rayonlardan biri olsa da, bu gün sanki qara günlərini yaşayır. Rayonun ucqar kəndlərində yaşanan acınacaqlı durum isə, daha dözülməz vəziyyətdədir. Əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, Vaqif Abdullayev iş saatlarının çoxunu kabinetində keçirir və heç bir halda sakinlərlə görüşlər keçirmir, problemləri ilə maraqlanmır. Sakinlərin mavi qazla və içməli su ilə təminolunmaları da, yetərincə deyil. İcra başçısının iş adamlarına, yerli sahibkarlara qənim kəsilməsi də, bu gün Beyləqanda yaşanan problemlərin üstünə yeni-yeni problemlər gətirməkdədir. Onun sahibkarlara bəslədiyi aqressiv münasibət isə, zaman-zaman gündəmi zəbt edən mövzulardan biri də olub. Baxmayaraq ki, Vaqif Abdullayev özünü sahibkarların “etibarlı dostu” hesab edir, amma onun hələ bir müddət bundan əvvəl 2-ci qrup Qarabağ əlili və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslə yumruq davasına çıxması, gündəmi zəbt edən mövzulardan birinə də çevrilmişdir. Onun belə bir yanaşması, digər sahibkarlara qarşı münasibətdə də özünü göstərir.

Belə ki, rayonda hansısa təmir-bərpa işlərinin aparılması nəzərdə tutulursa, o halda sahibkarlar məcburi qaydada belə bir işlərə sürüklənirlər. Belə bir addımların atılması da, istənilən formada sahibkarlığa əngəllər yaradır. Kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi məqsədilə ayrılan subdsiyaların mənimsənilməsi də, öz- özlüyündə böyük bir problemdir. Çünki, dövlətin fermerlərə ayırdığı subdsiyalar ünvanı üzrə çatdırılmır və icra başçısı başda olmaqla, ayrı-ayrı vəzifə sahibləri tərəfindən mənimsənilir. Subdsiyaların mənimsənilməsi ilə bağlı icra başçısı yerli icra nümayəndələrinə göstərişlər verir ki, bələdiyyə torpaqlarında taxıl əkilməsi ilə bağlı aqrar şöbəyə arayışlar versinlər. İcra başçının təkidi ilə kənd icra nümayəndələrinin aqrar şöbəyə saxta yolla verdikləri arayış əsasında, şöbə müdiri Xaliq Məmmədov sənədləşmələri qaydaya salır və onları Kənd Təsərrüfatı Nazirliyinə göndərir. Onu da vurğulayaq ki, yerli icra nümayəndələri həmin arayışları özlərinə yaxın şəxslərin adlarına yazırlar və sonra da aqrar şöbəyə təqdim edirlər.

Kənd Təsərrüfatı Nazirliyi isə aqrar şöbənin göndərdiyi arayışları təsdiq edərək, ildə bir neçə dəfə bələdiyyənin saxta torpaqlarına yüz min manatlarla vəsait ayırır. Beyləqanda icra nümayəndələrinin “taxıl əkilməsi” ilə bağlı aqrar şöbəyə təqdim etdikləri torpaq sahələrinin 6 min hektardan çox olduğu da bildirilir. Bu da onu söyləməyə əsas verir ki, subdsiyalarla bağlı ayrılan vəsaitlər olduqca asan yollarla mənimsənilir. Vaqif Abdullayevin dəyəri milyonlarla qiymətləndirilən əmlaklara sahib olmaq istəyi, bu gün onu milyonlarla dəyərləndirilən var-dövlətə sahib olmağa da imkan verib. Belə bir səbəb üzündən də, bu gün o, həm vardövlətinə, həm də biznes imkanlarına görə gündəmə gələn vəzifə sahiblərindəndir. “Gündəm Xəbər”ə daxil olan məlumatlara görə, Vaqif Abdullayev bəzi məmurlar kimi villalara sahib olmaq həvəsində olan vəzifə sahiblərindəndir. Redaksiyamızı bilgiləndirən mənbə bildirir ki, onun paytaxtın Teymur Əliyev küçəsində “Milyonçular məhəlləsi” adlanan ərazidə, qiyməti 15-20 milyon manata arası olan villasının olması barədə, hələ bir müddət bundan əvvəl dövrü mətbuatda silsilə açıqlamalar da dərc olunmuşdu.

Verilən məlumatlarda o da vurğulanır ki, icra başçısının villa sevdası heç cür bitib-tükənmək bilmir. Belə ki, onun paytaxtın “Vorovski” adlanan qəsəbəsində beşmərtəbəli mülkə sahib olduğu da bildirilir. Bütün bunlardan da bəlli olur ki, Beyləqan RİH-nin başçısı rayona sosial-iqtisadi problemlərinin həlli ilə bağlı ayrılan büdcə vəsaitlərini təyinatı üzrə deyil, yalnız öz məqsədləri üçün xərcləyir. Hələ bu azmış kimi, Vaqif Abdullayevin oğlunun ad günündə ona qiyməti bir neçə yüz min manat dəyərində olan avtomobil bağışlaması ilə də, gündəmi zəbt etmişdi. Bir qədər vaxt keçdikdən sonra isə, onun özünə “Bugatti” markalı avtomobil alması xəbəri də yayıldı. Bu haqda sızdırılan məlumatlarda o da bildirilir ki, həmin avtomobil onun adına rəsmləşdirilməsə də, amma o, həmin avtomobili ara-sıra sürür və rayonda gözə görünməməyə də çalışır.

Onun “Gənclik” metrosunun yaxınlığında villasının, Xızı rayonunda isə, ən bahalı istirahət mərkəzinin olduğu bildirilir. Baxmayaraq ki, rayonun kənd və qəsəbələri, iri yaşayış məntəqələri, mərkəzi küçələri, şəhər daxili yolları və s. bərbad haldadır. O hal yaxşı olmazmı ki, cənab Vaqif Abdullayev villalara, milyonlara sahib olmaq sevdasından vaz keçsin və ölkə rəhbərinin ona bəslədiyi etimadı döğrultsun. Bu gün Vaqif Abdullayevin adı, ictimai arenada qalmaqallı icra başçısı olaraq daha məşhurdur. Çünki, rayona rəhbərlik etdiyi ötən illər ərzində onun adı, bir çox maxinasiyalarda, büdcə vəsaitlərini mənimsəməkdə və slərdə. hallanıb. Təəssüf doğuran hal o olub ki, dövrü mətbuatda, bir çox media qurumlarında onunla bağlı nə qədər tənqidi açıqlamalar dərc olunsa da, o iş fəaliyyəti ilə bağlı “haqq yolu”na qayıtmır. Vaqif Abdullayev Beyləqana şəxsi əmlakı kimi yanaşır və nəyi necə düşünürsə, onu da elə edir. Belə bir yanaşma rayonun problemlərinin üstünə yeni-yeni problemlər gətirir və problemlərdən xilas yolu da, ancaq və ancaq icra başçısının “yola salınmasından” keçir. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Araşdırmamız davam edəcək.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!