BolgeXeber.Com » Bölgə » Mikayıl Cabbarov İmişlidə vətəndaşların qəbulunu keçirib

Mikayıl Cabbarov İmişlidə vətəndaşların qəbulunu keçirib

15-12-2016, 19:55
Oxunub: 3 702 Mikayıl Cabbarov İmişlidə vətəndaşların qəbulunu keçiribAzərbaycan Respublikası Təhsil naziri Mikayıl Cabbarov imişli şəhərində vətəndaşların qəbulunu keçirib

Azərbaycan Respublikası Prezidentinin mərkəzi icra orqanlarının rəhbərlərinə vətəndaşların regionlarda qəbul edilməsi ilə bağlı tapşırığı komitə sədrləri və nazirlər tərəfindən mütəmadi olaraq yerinə yetirilir.

Bu gün Təhsil naziri Mikayıl Cabbarov vətəndaşların problemləri ilə yerindəcə tanış olmaq üçün İmişli rayonunda qəbul keçirmişdir. Saatlı,Sabirabad rayonlarından və Şirvan şəhərindən də təhsil sahəsi ilə əlaqəli problemləri olan vətandaşlar nazirin qəbuluna gəlmişdirlər.
Qəbuldan əvvəl İmişli rayon icra başçısı cənab Vilyam Hacıyev və Təhsil naziri Mikayıl Cabbarov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dərin ehtiramlarını bildirmişdirlər.
Qəbulda təhsil nazirliyinin şöbələri və yerli idarələrinin rəhbərləri də iştirak etmişdirlər.Onlar vətəndaşların problemləri ilə ətraflı tanış olmaq və araşdırmaq üçün,onlar haqqında qeyidlər götürmüşdürlər. Nazir həlli mümkün olan məsələlərin həlli üçün yerindəcə tapşırıqlar vermişdir.
Təhsil sahəsi ilə bağlı olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyatı oraqnlara çatdırılacağı bildirilmişdir.
Bolgexeber.com
Mikayıl Cabbarov İmişlidə vətəndaşların qəbulunu keçirib
Mikayıl Cabbarov İmişlidə vətəndaşların qəbulunu keçirib