BolgeXeber.Com » BÖLGƏ TV » Lider TV-nin canlı efirində biabırçılıq - Video

Lider TV-nin canlı efirində biabırçılıq - Video

16-12-2016, 10:16
Oxunub: 4 234 Lider TV-nin canlı efirində biabırçılıq - VideoBiz hələ materialı incələməmişik və efirdə baş verən olayla bağlı araşdırma aparmamışıq

Bu sözləri Axar.az-a açıqlamasında MTRŞ-in Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin rəhbəri Təvəkkül Dadaşov Lider TV-nin canlı efirində etikadankənar ifadələrin və təhqirlərin ictimai narazılıq yaratması haqda danışarkən deyib.

O bildirib ki, MTRŞ araşdırma aparılandan sonra atılacaq addımla bağlı mediaya açıqlama verəcək.

Qeyd edək ki, Lider TV-nin canlı efirində "ailə dramı" müzakirə olunarkən, etik qaydalardan kənar, biabırçı hadisə baş verib. a24.az-ın yaydığı videoda televiziyanın “Çıxış yolu” verilişinə zəng edən müzakirə tərəfinin studiyadakı ana və oğulu ağır ifadələrlə təhqir etdiyi görünür. Cavab olaraq iştirakçılar da həmin şəxsə eyni məzmunlu ifadələrlə qarşılıq verib.

Maraqlı məqam odur ki, aparıcı qarşı tərəfi təhqirdən çəkindirməyə çalışsa da, ilk etikadankənar sözlərdən sonra növbəti dəfə onun efirə bağlanıb, təhqirlərini davam etdirməsinə şərait yaradılıb.