BolgeXeber.Com » Dünya » NATO Ramil Səfərov məsələsində Azərbaycanı dəstəklədi

NATO Ramil Səfərov məsələsində Azərbaycanı dəstəklədi

6-09-2012, 18:00
Oxunub: 3 787
[justify]Rasmussen Ermənistanı situasiyanı gərginləşdirməməyə çağırdı

"Nə Macarıstan, nə də NATO Macarıstanda ömürlük həbslə məhkum edilən Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfv edilməsinə görə məsuliyyət daşıyır". Bu fikirləri İrəvan Dövlət Universiteti tələbələrinin suallarına cavab verərkən bu gün NATO-nun baş katibi Anders Foq Rasmussen deyib.

Rasmussen onu da vurğulayıb ki, Ramil Səfərov Macarıstanda məhkum edilib və Azərbaycana beynəlxalq hüquqa uyğun olaraq ekstradisiya edilib.

O, erməni tərəfi situasiyanı gərginləşdirməməyə çağırıb.
[/justify]