BolgeXeber.Com » BÖLGƏ TV » İtkin düşən neftçinin atası: “3 övladım avtoqəzada öldü, bircə oğlum da dənizdə batdı…” – Video

İtkin düşən neftçinin atası: “3 övladım avtoqəzada öldü, bircə oğlum da dənizdə batdı…” – Video

16-12-2016, 10:57
Oxunub: 3 520 İtkin düşən neftçinin atası: “3 övladım avtoqəzada öldü, bircə oğlum da dənizdə batdı…” – VideoBu gün səhər saatlarında dənizdə estakadada baş verən qəza zamanı itkin düşən neftçilərdən beş nəfəri Ələt qəsəbəsinin, bir nəfəri Hacıqabul rayon sakinidir

APA TV-nin xəbərinə görə, onlardan ikisi qardaşdır.

Maşinist işləyən 51 yaşlı Zülfüqarov Güloglan Hacıbala oğlu 8 uşaq atası idi. Oğlu deyir ki, atası ilə axşam danışıblar: “Axşam atamla danışdıq. Hal-əhval tutduq, dedi ki, hava küləklidir. Səhər isə ordan-burdan xəbər eşitdik ki, estakadada qəza baş verib. Atama zəng etdik, zəng çatmadı. 8 uşağıq, bir qardaşım evlidir, qalanlar subay, heç birimiz işləmirik. Atamın qazancına ümüdli idik, dövlətdən köməklik olunmasını xahiş edirik”.
Güloğlan Zülfüqarovun operator işləyən 45 yaşlı qardaşı Zülfüqarov Azay 2 azyaşlı uşağı qalıb. Həyat yoldaşı deyir ki, onlar çox körpədir və bundan sonra onları necə saxlayacağını bilmir.
38 yaşlı operator Əsədov Samir Atabala oğlunun isə 3 azyaşlı uşağı var. Onlardan biri 6-cı sinifdə, digəri 4-cü sinifdə oxuyur, 3-cü uşaq körpədir.
Ata yurdu Ələtdə olan operator işləyən 3 uşaq atası 49 yaşlı Bəhrəmov Cavid Ayatxan oğlu bir müddət əvvəl Qobustana köçüb. Onun ailə üzvləri də yaşanan faciədən sarsıntı keçiriblər. Amma onlar ümidlərini üzmürlər, yaxınlarının qayıdacağına ümid edirlər.
Hacıqabul rayonu Atbulaq kənd sakini, operator, 1979-cu il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlunun ailəsinin faciəsi isə daha dəhşətlidir. Qorxmaz ailəli olub. Bir müddət əvvəl həyat yoldaşından ayrılan Qorxmazın övladı yoxdur.
Qorxmazgilin ailəsi bir neçə il əvvəl dəhşətli avtoqəzanın qurbanları olub. Belə ki, toydan qayıdan qohumlar qəzaya uğrayıb. Atası İsbat Rüstəmov deyir ki, həmin qəzada 14 qohum həyatını itirib. Onlardan 3-ü Qorxmazın bacısı, qardaşı və bacısı oğlu olub: “5 il əvvəl 3 övladım, ümumilikdə qohumlarımla birgə 14 nəfər avtoqəzada həyatlarını itirdi. Bir oğlum qalmışdı, o da dənizdə batdı, daha mənim heç kimim qalmadı”.