BolgeXeber.Com » Media » MTRŞ rəsmisi: “Çıxış yolu” verilişində efir etikasına zidd hallar aşkarlanıb

MTRŞ rəsmisi: “Çıxış yolu” verilişində efir etikasına zidd hallar aşkarlanıb

16-12-2016, 13:02
Oxunub: 3 303 MTRŞ rəsmisi: “Çıxış yolu” verilişində efir etikasına zidd hallar aşkarlanıbMilli Televiziya və Radio Şurası (MTRŞ) “Lider” telekanalında yayımlanan “Çıxış yolu” verilişində baş verənlərə münasibət bildirib

Bolgexeber.com
-un xəbərinə görə, MTRŞ-ın monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov APA-ya deyib ki, veriliş təhlil edilib və bununla bağlı arayış yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, veriliş 1 saatlıq canlı yayımlanır:

“Təhlillər zamanı verilişdə neqativ hallar, təhqiramiz, ədəbsiz ifadələr, söyüşlər, efir etikasına, milli-mənəvi dəyərlərə zidd hallar aşkarlanıb. Dəfələrlə demişik ki, efirdə, xüsusilə canlı yayımda belə problemlərin müzakirəsi zamanı ehtiyatlı və diqqətli olmaq lazımdır”.

O bildirib ki, verilişlə bağlı təhlillər ümumiləşdirilərək arayış formasında protokollaşdırılıb və şuranın rəhbərliyinə təqdim olunacaq. Bununla bağlı hansı tədbirlərin görüləcəyi şuranın qərarından asılı olacaq.
Bolgexeber.com