BolgeXeber.Com » Bölgə » Səyyad Salahlı İmişli ictimaiyyəti ilə görüşüb

Səyyad Salahlı İmişli ictimaiyyəti ilə görüşüb

16-12-2016, 17:44
Oxunub: 3 645 Səyyad Salahlı İmişli ictimaiyyəti ilə görüşübAzərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birinci müavini Səyyad Salahlı rayon ictimaiyyəti ilə görüşüb

İmişli rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Dini radikalizmlə mübarizədə dini icmaların fəlaiyyətinin təşkili” mövzusunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı seminar-müşavirə keçirmişdir.
Görüşdən əvvəl İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev və qonaq Səyyad Salahlı Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq,dərin ehtiramlarını bildirmişdirlər.
Tədbir başlamamışdan əvvəl tədbir iştirakçıları “ Fitnə” adlı qısametrajlı filmə baxmışdılar. Filimdə gənclərin radikal dini cərəyanlara necə düşməsindən,onların bu qurumlarda nələrə dəvət olmasından və məhbəs həyatı ilə bitən acı sonluqlarından danışılırdı. Filmi izlədikdən sonra tədbiri giriş sözü ilə açaraq qonağı salamlayan rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev sözü qonağa verdi.
Səyyad Salahlı tədbir iştirakçılarını salamladıqdan sonra , nitqinə davam edərək ,gənclərin zərərli və radikal dini cərəyanlara qoşulmalarının qarşısının alınması yönümündə görülən işlərdən, bu işlərdə hər kəsin yaxından iştirak etməsinin vacib olmasından və daimi gənc nəsillə maarifləndici işlərin aparılmasının vacibliyindən danışdı. Açıq dialoq şəraitində keçən görüşdə natiq çıxışında bildirib ki, müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, ölkənin inkişafına və modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti nəticəsində ciddi uğurlar qazanılıb,güclü dayanıqlı siyasi sabitlik əldə edilmişdir. Bu uğurların siyasi sabitiliyin qorunması üçün hər bir vətəndaş öz sahəsində əlindən gələni etməyə borcludur.
Bolgexeber.com

Səyyad Salahlı İmişli ictimaiyyəti ilə görüşüb
Səyyad Salahlı İmişli ictimaiyyəti ilə görüşüb