BolgeXeber.Com » Dünya » Türkiyəli yazarın qatili: Kitabını oxuyandan sonra onu öldürdüm - VİDEO

Türkiyəli yazarın qatili: Kitabını oxuyandan sonra onu öldürdüm - VİDEO

17-12-2016, 09:41
Oxunub: 2 135 Türkiyəli yazarın qatili: Kitabını oxuyandan sonra onu öldürdüm - VİDEOTürkiyədə "Mələklər və yaşamaq" adlı kitabın müəllifi Beki İkala (Çukran) Eriklini qətlə yetirməkdə təqsirli bilinən 31 yaşlı Sinem Koç həbs edilib

Teleqraf.com xəbər verir ki, Sinem Koç ilkin ifadəsində cinayəti etiraf edib.

"Kitablarını oxuyandan sonra onu öldürmək qərarına gəldim. Kitabda mələklərdən bəhs edirdi. Yazar şeytanın biri idi. Başqalarına zərər verməsin deyə öldürdüm", deyə o, bildirib.

"Mələklərlə yaşamaq” adlı kitabı ilə məşhurlaşan yazıçı Beki İkala Erikli dekabrın 16-da Bəyoğluda çalışığı ofisin qarşısında güllələnib.

Onu öldürməkdə şübhəli bilinən Sinem Koç anasının evində saxlanılıb və onun üzərindən qətldə istifadə olunan tapança tapılıb. Psixoloji problemləri olan Sinem Koç 4 il öncə ərindən boşanıb.

Araşdırmalar davam edir.
Bolgexeber.com