BolgeXeber.Com » Dünya » Türkiyə yenə qana boyandı: 13 şəhid, 48 yaralı var-VİDEO

Türkiyə yenə qana boyandı: 13 şəhid, 48 yaralı var-VİDEO

17-12-2016, 12:29
Oxunub: 2 685 Türkiyə yenə qana boyandı: 13 şəhid, 48 yaralı var-VİDEOTürkiyə Silahlı Qüvvələri Baş Qərargahı Kayseri şəhərində baş verən terror aktı nəticəsində ölən və yaralananların sayını açıqlayıb

Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 13 hərbçi şəhid olub, 48 nəfəri yaralanıb.
*** 11:41
Türkiyədə Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 9 nəfər şəhid olub.
Bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseri şəhərindən olan millət vəkili İsmayıl Tamer "A Haber" telekanalına açıqlamasında bildirib.
Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Yusif Halaçoğlu isə deyib ki, "CNN Türk"ə terror aktının bomba yüklənmiş "Şahin" markalı avtomobil vasitəsilə həyata keçirilb.
AKP-nin Kayseridən olan digər millət vəkili Sami Dədəoğlu yaralıların sayının 15-20 nəfərə yaxın olduğunu söyləyib.
Yaralılar Erciyes Universitetinin tibb fakültəsinin xəstəxanasına və şəhərdəki digər səhiyyə müəssisələrinə yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım müvafiq qurumların rəhbərlərindən hadisə ilə bağlı ətraflı məlumat alıblar.
*** 10:21
Türkiyədə universitetlərdən birinin şəhərciyində partlayış olub.
Partlayış bu gün səhər saatlarında Kayseri Erciyes Universitetinin kampusunun qarşısında qeydə alınıb.
Partlayıcı qurğu quraşdırılmış minik avtomobili içərisində mülki geyimli hərbçilərin olduğu sərnişin avtobusuna çırpılıb, ölən və yaralananlar var.
Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları göndərilib.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Kayseri şəhərində baş verən terror aktı nəticəsində ölən və yaralananların sayını açıqlayıb.
"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 13 hərbçi şəhid olub, 48 nəfəri yaralanıb.
*** 11:41
Türkiyədə Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 9 nəfər şəhid olub.
"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseri şəhərindən olan millət vəkili İsmayıl Tamer "A Haber" telekanalına açıqlamasında bildirib.