BolgeXeber.Com » İqtisadiyyat » “VKontakte” istifadəçiləri məhsullarını sata biləcək

“VKontakte” istifadəçiləri məhsullarını sata biləcək

17-12-2016, 15:43
Oxunub: 3 525  “VKontakte” istifadəçiləri məhsullarını sata biləcək“VKontakte” sosial şəbəkəsinin istifadəçiləri artıq öz məhsul və xidmətlərinin satışı elanlarını yerləşdirə biləcəklər

İKT.lent.az-ın məlumata görə, bu barədə “gazeta.ru” saytına sosial şəbəkənin nümayəndəsi bildirib.

Əvvəl bu funksiyaya ancaq icmalar malik idi. Ancaq indi hər bir arzu edən şəxs öz elanını dərc edə biləcək ki, bu elan da “Məhsullar” bölməsinin əsas menyusunda abunəçilərin səhifəsində qeyd ediləcək. Yaxın zamanlarda bu bölmə sosial şəbəkənin mobil versiyasında da yaranacaq.

Bundan başqa, “Məhsullar” bölməsində məhsulların adı ilə bağlı axtarış etmək mümkündür. Həmçinin qiymət, kateqoriya və region üzrə çeşidlənmə mümkündür.