BolgeXeber.Com » BÖLGƏ TV » Elektron ticarət zamanı diqqətli olun - Fırıldaqçıların qurbanı olarsınız -VİDEO

Elektron ticarət zamanı diqqətli olun - Fırıldaqçıların qurbanı olarsınız -VİDEO

17-12-2016, 16:00
Oxunub: 3 707 Elektron ticarət zamanı diqqətli olun - Fırıldaqçıların qurbanı olarsınız -VİDEO"İstehlakçıların özləri prosedur qaydalarına düzgün riayət etməyərək fırıldaqçılara fürsət yaradırlar"

Biri telefon alır, digəri isə yemək sifariş edir. Elektron ticarətə maraq artıb.

Ancaq təlabatın artması, şikayətlərin sayını da artırıb. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, istehlakçıların özləri prosedur qaydalarına düzgün riayət etməyərək fırıldaqçılara fürsət yaradırlar.

Azərbaycanda elektron ticarət vasitəsilə əhali əsasən restoranlardan yemək, ərzaq, parfümeriya məhsulları, kiçik elektron cihazlar, turizm şirkətlərindən bilet sifariş edirlər. İstehlakçı, onlayn ticarətdən istifadə zamanı, əvvəlcə şərtlərin anlaşılan dildə yazılmasına diqqət etməlidir. Ödəniş etdikdən sonra qəbzin çap edilməsi isə əsas şərtlərdən hesab olunur.

Bu ticarət forması xüsusi qanunla - "Elektron ticarət haqqında" Qanun ilə tənzimlənir. Qanuna görə, burada sifarişin qiyməti, vergidən azad olunması, ödənişsiz çatdırılma kimi məqamlar da əks olunmalıdır.

"Az" domeni ilə qeydiyyatdan keçən saytlara üstünlük verilməsi məsləhət görülür. Çünki digər domenlərdə qeydiyyatdan keçənləri tapmaq çətin olduğundan istehlakçıların hüquqlarının müdafiəsində çətinliklər yaradır.

Qeyd olunan məlumatları təqdim etməyən satıcı və təchizatçılardan mal və xidmətlər sifariş etmək risklidir.