BolgeXeber.Com » Ölkə » “Neynirəm mən o millət vəkillərini, kimə lazımdırlar?” - Rüfət Quliyevə müğənnilərdən sərt cavab

“Neynirəm mən o millət vəkillərini, kimə lazımdırlar?” - Rüfət Quliyevə müğənnilərdən sərt cavab

17-12-2016, 18:45
Oxunub: 2 230 “Neynirəm mən o millət vəkillərini, kimə lazımdırlar?” - Rüfət Quliyevə müğənnilərdən sərt cavabƏli Mirəliyev:” Deputatların özlərinin maaşını azaltmaq lazımdır”

Millət vəkili Rüfət Quliyev bugünlərdə Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin keçirdiyi birgə iclasda çıxış edərək müğənnilərin vergilərinin artırılması təklifi ilə çıxış edib.
Gununsesi.info xəbər verir ki, müğənnilər isə saytımıza açıqlamalarılnda səslənən fikrə sərt reaksiya veriblər.

Səidə Sultan: “Azərbaycanda hamı müğənnini nazir səviyyəsində görür”
“Azərbaycanda hamı müğənnini nazir səviyyəsində görür. Elə bilirlər ki, ifaçı milyonerdir. Kimə lazımdır, artırsın, amma baxır kim üçün. Ağızlarına gələn formada yox, qoy araşdırsınlar, kim nə qədər qazanır və həmin ayda da vergisini müəyyənləşdirsinlər.Biz nazir deyilik.Adımız müğənnidirsə, deməli ,milyon qazanırıq? Elə deyil”.

Əli Mirəliyev:” Deputatların özlərinin maaşını azaltmaq lazımdır”
“Müğənni yazıqların toyu var ki, bu millət vəkili əl-ayağa niyə düşüb? Hansı məkanlardakı toy olur, onların özlərinin musiqiçiləri var, heç kim əlavə müğənni istəmir. Camaatda artıq pul yoxdur. Hamısı ağlayır. Onların özlərinin maaşını azaltmaq lazımdır. Ayda 2000 manat pul alırlar. Əksinə, millət vəkillərinin maaşı azaldılmalıdır, camaatın vəziyyəti pisdir. Kimdir ki, onlar o qədər pul alırlar? O pulu almaq üçün nə iş görürlər? O, deputat kimdir? Milləti vəkili olub millət üçün nə edib? Obyektləri də var, ordan da gəlirləri olur. O, bizim hüquqlarımızı qorumalıdır. Heç bir iş görmürlər. Əgər millətə bir xeyirləri yoxdusa, neynirəm mən o millət vəkillərini, kimə lazımdırlar? Mən təklif edirəm ki, onların pullarını kəssinlər, bu da mənim təklifimdir. Onları ümumiyyətlə, yığışdırmaq lazımdır. Azərbaycana heç bir xeyirləri yoxdur, boş- boş orada otururlar”.

Elnarə Abdullayeva: “Deputaların fikirləri mənə maraqlı deyil”
“Mənə onların fikirləri maraqlı deyil. Heç kimə qarışmıram, nə deyirlər, desinlər. Mən onsuz da bu xalqa xidmət edirəm, edəcəm də. Kimlər ki, hər gün toydadır, qoy gedib onlardan istəsinlər”.

Əlikram Bayramov: “Müğənnilərin vəziyyəti pisdir”
“Toy var indi? Müğənnilərin vəziyyəti pisdir. Nəyi artırırlar?. İnanın ki, bu dəqiqə heç kim toya müğənni dəvət etmir”

Manaf Ağayev: “Bu söhbətlərdən yorulmuşam”
“Nə edirlər, eləsinlər, özləri bilər, mən qarışmıram. Artıq bu söhbətlərdən yorulmuşam”.