BolgeXeber.Com » İdman » Məşhur döyüşçümüz Super Finalın qalibi olub - Milyon qazandı(FOTOLAR)

Məşhur döyüşçümüz Super Finalın qalibi olub - Milyon qazandı(FOTOLAR)

17-12-2016, 22:55
Oxunub: 5 659  Məşhur döyüşçümüz Super Finalın qalibi olub - Milyon qazandı(FOTOLAR)Kikboksinq üzrə üçqat dünya çempionu və WAKO üzrə Avropa çempionu, məşhur idmançımız Ramal Aslanov SUPER FAİTH FİGHT K1 versiyası üzrə Super Finalın qalibi olub

Bu barədə Bolgexeber.com-un əməkdaşı Təbriz Məhərrəmoğluna idmançi Ramal Aslanovun özü məlumat verib.
"Lord" ləqəbli idmançımız Çində təşkil olunan Super Finalin qalibi olaraq 8 milyon (Çin yuanı) qazanıb. “Çox sükür Allahın böyüklüyünə. Super Finalın çempionu oldum və əsas mükafat 8 milyon (Çin yuanı) qazandım. Məşqçim Hakim Hacıyev həmişə yanımdadır və məni hər yarışa xüsusi hazırlayır. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev başda olmaqla əziyəti keçən hər kəsə təşəkkür edirəm. Peresvit promotion Mixail Rosokhatviyə minnətdarlığımı bildirirəm”, - deyə Ramal Bolgexeber.com -a bildirib.

Qeyd edək ki, 71 kq çəki dərəcəsində döyüşən "Lord" Super Final yarışının ötənilki qalibi olan tanınmış Çin idmançısına qalib gəlib.
 Məşhur döyüşçümüz Super Finalın qalibi olub - Milyon qazandı(FOTOLAR)
 Məşhur döyüşçümüz Super Finalın qalibi olub - Milyon qazandı(FOTOLAR)
 Məşhur döyüşçümüz Super Finalın qalibi olub - Milyon qazandı(FOTOLAR)