BolgeXeber.Com » Dünya » Günün qoroskopu: qəfil üstünlükləri aşkarlayaraq irəliləyin

Günün qoroskopu: qəfil üstünlükləri aşkarlayaraq irəliləyin

18-12-2016, 10:32
Oxunub: 2 734 Günün qoroskopu: qəfil üstünlükləri aşkarlayaraq irəliləyinBuğa - yaxın ətrafınızdakı insanlarla ünsiyyəti kəskinləşdirməyin

Qoç - gərgin ünsürlərin və təmayüllərin təsiri nəticəsində indiyədək qapalı qalan məqamlar əyan ola bilər. Münaqişə situasiyası, münasibətlərdə gözlənilməz dönüşlər yaranır.

Buğa - yaxın ətrafınızdakı insanlarla ünsiyyəti kəskinləşdirməyin. Kompromis həllərə hazır olun. Günün ikinci yarısında səbrsiz və impulsiv davranış fəaliyyətinizin nəticələrinə pis təsir edəcək.

Əkizlər - ciddi məsələni ehtiyatla, yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alaraq həll edin. Axşam saatlarında aktiv əyləncə və dost məclisi zamanıdır.

Xərçəng - təşəbbüslər və hisslər burulğanındakı addımlar məsləhət deyil. Günün ikinci yarısında müqavilələr imzalamaq, anlaşmalarla bağlı müzakirə aparmaq üçün əlverişli zaman deyil.

Şir - ətrafınızda baş verən hadisələri diqqətlə izləyin. Gərəkli nəticələrə gəlin. Proseslərin emosional mahiyyətini dərk etməyə çalışın. Gün stabil olmayacaq.

Qız - mürəkkəb intellektual məsələlərin həlli, yarımçıq işlərin başa çatdırılması, qayda yaradılması üçün əlverişlidir. Simvolik proseslərdə xeyir ola bilər. Yaranan imkanları əldən verməyin.

Tərəzi - konkret planlarınız varsa, görüşlər perspektivlidir. Şəxsi münasibətlərdə təşəbbüslər üçün yaxşı gün deyil. Məsafə saxlayın, münasibətləri aydınlaşdırmağa çalışmayın.

Əqrəb - hələlik isə cari işlərlə məşğul olun, ünsiyyəti minimuma endirin. Mühüm olayın aktiv iştirakçısı olmaq fikrindən vaz keçin. Prioritetlərin dəyişməsi, yeni məşğuliyyətlər arayışı istisna deyil. Tələsməyin, əlavə məlumat arayın.

Oxatan - həddən artıq intensiv çalışmağa ehtiyac yoxdur. Tələsik işin nəticəsi pis olacaq. Günün ikinci yarısında gələn həftə ilə bağlı planlar qurmaq olar.

Oğlaq - çətinliklərə rəğmən iradəli və təmkinli olun. Qüvvələrinizi qoruyun. İşlər öz axarındadır. Onlara, sadəcə, dürüst yön verin.

Dolça - yalnız səhvlərin nəticələrinin aradan qaldırılmasında təşəbbüskar olun. Münaqişələri yoluna qoymağa çalışın. Gərginliyin artdığı situasiyalarda neytral, təmkinli olun. Axşam saatlarında maliyyə məsələlərini müzakirə etmək olar.

Balıqlar - hadisələr əvvəlcədən hazırlanmış plan üzrə inkişaf etmir. Proseslərdə səhihliyi yəqin etməyincə konkret addım atmayın. Özü hərəkət etməyən olaya maneə yaratmayın. Qəfil üstünlükləri aşkarlayaraq irəliləyin.