BolgeXeber.Com » İdman » "Real" dünyanın ən güclü klubu oldu, Ronaldu Messini keçdi - VİDEO

"Real" dünyanın ən güclü klubu oldu, Ronaldu Messini keçdi - VİDEO

19-12-2016, 09:39
Oxunub: 3 636 "Real" dünyanın ən güclü klubu oldu, Ronaldu Messini keçdi - VİDEODünən klublar arasında dünya çempionatına yekun vurulub

Qaynarinfo.Az xəbər verir ki, final oyununda Madrid “Real”ı təşkilatçı ölkə Yaponiyanın təmsilçisi “Kashima Antlers”lə qarşılaşıb. Oyun “Real”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Madrid klubunun 3 qolunu Kriştianu Ronaldu vurub. Bununla da Ronaldu klub səviyyəsində beynəlxalq görüşlərdə vurduğu qolların sayını 103-ə çatdırmaqla Lionel Messini bu göstəricidə keçib.

Yarışın Ən yaxşı oyunçusu da Ronaldu seçilib. Turnirin feyr-pley mükafatını isə meydan sahibləri “Kashima Аntlers” qazanıb.

Bu qələbə sayəsində “Real” tarixində 2-ci dəfə (ilk dəfə 2014-cü ildə) klublararası dünya çempionu olub.

“Real” - “Kashima Antlers” – 4:2

Qollar: Karim Benzema, 1, Kriştianu Ronaldu, 60-pen., 98, 104 - Qaku Shibasaki, 44, 52