BolgeXeber.Com » Gündəm » Lerik İcra Hakimiyyətindən Qarabağ əlilinə qarşı haqsızlıq– ARAŞDIRMA(FOTO)

Lerik İcra Hakimiyyətindən Qarabağ əlilinə qarşı haqsızlıq– ARAŞDIRMA(FOTO)

19-12-2016, 16:09
Oxunub: 8 031 Lerik İcra Hakimiyyətindən Qarabağ əlilinə qarşı haqsızlıq– ARAŞDIRMA(FOTO)“Kənddə bizə qarşı ağır təzyiqlər var!”

“Haqqımızı tələb edirik deyə bizə “demaqoq” adı veriblər!”


Bolgexeber.com-un redaksiyasına Lerik rayonu, Barzavu kənd sakini Elgün Əliyev tərəfindən şikayət ərizəsi daxil olub. Ərizədə bildirilir ki, Elgün bəy 2010-cu ildən etibarən mütəmadi olaraq rayonun icra başçısının qəbulunda olmuş, boş iş yeri olan kimi işlə təmin olunmasını xahiş etmişdir.
Qeyd edək ki, şikayətçi Elgün Əliyev Qarabağ uğrunda gedən döyüşlərdə yaralanıb, 1-ci qrup əlil kateqoriyasına daxildir,H.Əliyev adına Ali Hərbi Məktəbin “Radiotexnika” fakültəsini əla qiymətlərlə bitirib və ehtiyatda olan zabitdir.

Üstündən 6 il keçməsinə baxmayaraq, Elgün bəy hələ də işlə təmin olunmayıb. Hər müraciətdən sonra başçının müavini Habil Məlikov məktub yazaraq rayonda boş vakansiya olmadığını, şikayətçiyə uyğun bir iş olan kimi ona xəbər ediləcəyini yazırdı.
Bu yaxınlarda qonşu kənd məktəbində Hərbi Hazırlıq müəllimi axtarıldığı şikayətçinin qulağına çatıb və düşünüb ki, “bir hərbçi üçün bundan yaxşı fürsət ola bilməz, gedib öz ixtisasım üzrə işləyərəm”. Ancaq Lerik Rayon İcra Hakimiyyətində oturuşmuş qaydalar Elgün bəyin yolunda maneəyə çevrilib.
İşə düzəlmək məsələsini danışmaq üçün Elgün Əliyev oktyabr ayının 18-də Rövşən Bağırovun qəbulunda olub. Danışıq ürəkaçan razılaşma ilə yekunlaşır. “Sən narahat olma, mən tapşırıq verəndən sonra kollektiv kimdir ki, sənin işləməyinə razı olmasın!”-deyə Rövşən Bağırov bildirir. Ancaq Elgün danışığın sonrakı proseslərində xəbərsiz imiş.
Lerik İcra Hakimiyyətindən Qarabağ əlilinə qarşı haqsızlıq– ARAŞDIRMA(FOTO)


Bir neçə gün sonra Elgün Əliyevin telefonuna zəng gəlir və belə deyilir: “1000 manatı hazırla, sənin işini həll eləyək”. Aldığı təqaüd ilə güclə dolanan şikayətçi deyilən vaxta qədər pulu düzəldə bilmir və dərs saatları həmin məktəbin fizika müəllimi Vasif Abdullayevə verilir.
Bu xəbəri eşidən Elgün oktyabrın 25-də yenidən başçının qəbulunda olur və bu dəfə tamam başqa münasibətlə qarşılaşır. Bu dəfə başçının sözləri belə olur: “Kollektiv sənin işləməyinə razı deyil, biz bu işi sənə versək, xeyli problemlər çıxacaq”. Halbuki Rövşən Bağırov 1 həftə əvvəlki görüşdə onun tapşırığından sonra kollektivin bir söz deməyəcəyini vurğulamışdı.
Lerik İcra Hakimiyyətindən Qarabağ əlilinə qarşı haqsızlıq– ARAŞDIRMA(FOTO)


Məsələnin digər məqamlarını araşdırmaq üçün Başçının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova ilə telefonla əlaqə saxladıq. Arzu Vəliməmmədova öz müsahibəsində bildirdi ki, “Elgün bəy və onun ailəsi kənddə ən çox nifrət bəslənən ailələrdəndir, daim İcra Hakimiyyətinə qara yaxmaqla məşğuldurlar. Halbuki biz bayramlarda ancaq şəhid ailələrinə hədiyyə göndəririksə, həmin siyahıya Elgünün də adını daxil etmişik, onun başqa məsələlərdə yaşadığı problemləri həll etməyə çalışırıq. Elgün və onun ailəsi isə nankorluq edir və bizim yaxşılıqlarımızı görməzdən gələrək yuxarı instansiyalara haqqımızda şikayət məktubları yazırlar. Elgünün yaxşı şəraitli evi də var, onu hər tərəfli təmin etmişik. Qaldı ki, onun Hərbi Hazırlıq müəllimi kimi işə düzəlməyinə, Elgün 1-ci qrup əlildir, hərbi müəllim işləməyə onun səhhəti imkan vermir, hərbi müəllimi çevik olmalıdı, uşaqları hazırlamağı bacarmalıdı.”
Arzu Vəliməmmədovanın sözlərində nə qədər həqiqət olduğuna əmin olmaq üçün Elgün bəyi redaksiyamıza dəvət etdik və gətirdiyi bütün sənədləri nəzərdən keçirdik.
Əvvəla Elgün Əliyev çox çevik görüntüyə malik hərbçi imiş və hərəkətlərindən sezmək olur ki, bu vəzifəyə layiq insandır. Həmçinin Ali Hərbi Məktəbin Bakalavriat səviyyəsinə sahibdir. Burda belə bir sual çıxır ortaya: Hərbi Hazırlıq təlimlərini keçmək üçün ehtiyatda olan zabit Elgün Əliyev, yoxsa fizika müəllimi Vasif Abdullayev daha düzgün seçimdir? İcra Hakimiyyətində çalışanlar bu suala birmənalı olaraq belə gülünc cavab verirlər: “İxtisasın fərqi yoxdur”. Halbuki məsələnin dərininə getsək, bu dərsin veriləcəyi müəllimin ixtisasının nə qədər vacib olduğu ortaya çıxar.

Bundan başqa məlum oldu ki, Elgün Əliyev atası Adil bəyin adına olan, qardaşı Xoşbəxt bəy üçün tikilən evdə yaşayır. 2012-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən göndərilən məktubda bildirilir: “Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından, mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək, müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.
Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmş hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.”
Lerik İcra Hakimiyyətindən Qarabağ əlilinə qarşı haqsızlıq– ARAŞDIRMA(FOTO)

Bir neçə gündür Elgün və həyat yoldaşı müalicə ilə bağlı(həyat yoldaşı 2015-ci ildə baş vermiş qəzada gözlərindən ciddi xəsarət alıb) Bakıdadırlar və maraqlısı odur ki, həmin xərcləri də Elgün bəy öz cibindən qarşılayır. Daha doğrusu, atası Adil bəyin bankdan onun üçün götürdüyü 2000 AZN kreditlə.

Elgün Əliyev ayda təxminən 600 manat pul alır(prezident təqaüdü daxil olmaqla) və həmin pulla banka 200 manat kredit ödəyir, öz müalicəsi üçün dərmanlar alır və həyat yoldaşının xəstəxana xərclərini ödəyir. Halbuki Elgün Əliyevin dərmanları pulsuz verilməlidir.

Ümid edirik ki, Lerik Rayon İcra Hakimiyyəti məsələni diqqətdə saxlayacaq və şikayətçini qısa zamanda işlə təmin edəcək.Qarşı tәrәfin də fikrini dinləməyə hazırıq.

İbrahim
Bolgexeber.com
Lerik İcra Hakimiyyətindən Qarabağ əlilinə qarşı haqsızlıq– ARAŞDIRMA(FOTO)
Lerik İcra Hakimiyyətindən Qarabağ əlilinə qarşı haqsızlıq– ARAŞDIRMA(FOTO)
Lerik İcra Hakimiyyətindən Qarabağ əlilinə qarşı haqsızlıq– ARAŞDIRMA(FOTO)
Lerik İcra Hakimiyyətindən Qarabağ əlilinə qarşı haqsızlıq– ARAŞDIRMA(FOTO)
Lerik İcra Hakimiyyətindən Qarabağ əlilinə qarşı haqsızlıq– ARAŞDIRMA(FOTO)
Lerik İcra Hakimiyyətindən Qarabağ əlilinə qarşı haqsızlıq– ARAŞDIRMA(FOTO)
Lerik İcra Hakimiyyətindən Qarabağ əlilinə qarşı haqsızlıq– ARAŞDIRMA(FOTO)
Lerik İcra Hakimiyyətindən Qarabağ əlilinə qarşı haqsızlıq– ARAŞDIRMA(FOTO)