BolgeXeber.Com » Şou-Biznes » Seksi gözəllər

Seksi gözəllər

6-09-2012, 21:40
Oxunub: 23 782
[justify]Son bir neçə həftədə Selena Qomez, Vanessa Hucens və digərləri “Yazı söndürənlər” filminin çəkilişlərində öz vəhşi tərəflərini göstəriblər.

Filmin çəkilişlərində yalnız bikini ilə görüntülənən qızlar Venesiya Film Festivalında olduqca qlamur görünüblər. Onların əynində yerlə sürünən uzun gecə paltarları olub.

Aktrisa Eşli Benson və Reyçl Korin də qırmızı xalça üzərində göz qamaşdırıblar. "Balaca yalançılar" filminin gözəl ulduzu Eşli mavi rəngli paltarı ilə görənləri heyrətləndirib. Onun həyat yoldaşı Harmoni Korinin isə arvadının görünüşü ilə fəxr etdiyi hiss edilib. O hətta kameralar önündə xanımının üzündən də öpüb.

Filmin gələn il ekranlaşdırılacağı gözlənilir.
[/justify]