BolgeXeber.Com » Siyasət » "Biz bu qanlı terror cinayətini qətiyyətlə pisləyirik" - İlham Əliyev

"Biz bu qanlı terror cinayətini qətiyyətlə pisləyirik" - İlham Əliyev

20-12-2016, 09:48
Oxunub: 3 261 "Biz bu qanlı terror cinayətini qətiyyətlə pisləyirik" - İlham ƏliyevAzərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib

Bolgexeber.com xəbər verir ki, prezidentin başsağlığı məktubunda bildirilir:

“Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı. Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.