BolgeXeber.Com » Sosial » Əməliyyat olundu, nəticəsi yoxdur - Səhv diaqnoz, yoxsa yanlış əməliyyat?VİDEO

Əməliyyat olundu, nəticəsi yoxdur - Səhv diaqnoz, yoxsa yanlış əməliyyat?VİDEO

20-12-2016, 11:36
Oxunub: 5 085  Əməliyyat olundu, nəticəsi yoxdur - Səhv diaqnoz, yoxsa yanlış əməliyyat?VİDEONaib Babayev şikayətçidir

Mədəsindən əməliyyat olundu, lakin heç bir xeyri olmadı.

Ağdaşın Pirəzə kənd sakin, 30 yaşlı Naib Babayev xezerxeber.az-a bildirib ki, ötən il səhhətində problemlər yaranıb və həkimə müraciət edib. Ona Bakı şəhər 5 saylı klinik xəstəxanaya getməyi məsləhət görüblər. Naib Babayev də xəstəliyinin səbəbini öyrənmək üçün həmin xəstəxanaya gedib.

Naib Babayev deyir ki, onu xəstəxananın cərrahı Rauf Cəlilov əməliyyat edib və mədəsinin bir hissəsini kəsib götürüb. Lakin əməliyyatdan sonra da səhhətində yaranan problem aradan qalxmayıb.

Naib Babayev bildirir ki, əməliyyatı həyata keçirən cərrah Rauf Cəlilova da problemin aradan qalxmadığını deyib.

Onu əməliyyat edən həkim Rauf Cəlilov xezerxeber.az-a bildirdi ki, Naib Babayevin mədəsi uzanaraq sallanıb. On iki barmaq bağırsaq da sıxıldıgından həzm normal getməyib. Ona görə də mədənin sallanan hissəsi kəsilərək götürülüb və əməliyyat uğurlu keçib.

Rauf Cəlilovun sözlərinə görə, pasiyentə əvvəlcədən də deyilib ki, qusma halı əməliyyatdan sonra da bir müddət davam edəcək. Əməliyyatdan sonra da Naib Babayev bir neçə dəfə müraciət edib və mayinələr aparılıb. Müayinələr zamanı da heç bir fəsad aşkarlanmayıb və şikayətlərinin əməliyyatla bağlı olmadığı ortaya çıxıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: