BolgeXeber.Com » Gündəm » Ağdamın Alıbəyli kəndinə qaz verilməsi dayandırılıb, sakinlər şikayət edir! VİDEO

Ağdamın Alıbəyli kəndinə qaz verilməsi dayandırılıb, sakinlər şikayət edir! VİDEO

21-12-2016, 12:08
Oxunub: 3 632 Ağdamın Alıbəyli kəndinə qaz verilməsi dayandırılıb, sakinlər şikayət edir! VİDEOSakinlər problemin hansı qurumdan qaynaqlandığını öyrənmək istəyirlər

Gördüyünüz bu video dünən Məhəmməd İsmayılov tərəfindən BTV-nin rəsmi Facebook səhifəsinə göndərilib. Bu izdiham dünən günorta saatlarında Ağdam rayon qaz idarəsinin qarşısında yaşanıb.
İzidihamın iştirakçıları Ağdam rayon Alıbəyli kəndinin sakinləridir. Soyuq keçən qış günlərində onların evinə qaz verilməsi dayandırılıb. Kənd sakinləri artıq pik nöqtəyə çatıblar və idarənin qarşısına gəliblər ki, problemin həllini tapsınlar. Ağdam rayon qaz idarəsinin müdiri Mövsüm bəyin ortaya çıxmaması isə onları daha da çox qəzəbləndirib. Sakinlər problemin hansı qurumdan qaynaqlandığını öyrənmək istəyirlər.
Həmin videonu sizə təqdim edirik.
Bolgexeber.com