BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda konsert verən Rafet El Romanın yeni azərbaycanlı kəşfi – Foto, video

Bakıda konsert verən Rafet El Romanın yeni azərbaycanlı kəşfi – Foto, video

21-12-2016, 09:20
Oxunub: 4 261 Bakıda konsert verən Rafet El Romanın yeni azərbaycanlı kəşfi – Foto, video“Gedək üzü küləyə” mahnısı ilə sosial şəbəkədə fenomenə çevrilən Çinarə Məlikzadə Türkiyənin məşhur müğənnisi Rafet El Roman ilə eyni səhnəni bölüşüb

Musavat.com xəbər verir ki, türkiyəli müğənni konserti zamanı Çinarəni yeni kəşfi adlandıraraq səhnəyə dəvət edib. Onlar “Son məktub” və “Ayrılıq mahnılarını duet şəklində ifa ediblər. Daha sonra azərbaycanlı ifaçı “Gedək üzü küləyə” və “Sil baştan” mahnısını oxuyub.
Ç. Məlikzadəyə təriflər yağdıran Rafet onun üçün yeni mahnı yazacağını bildirib: “Mən səhnəyə çətinliklə gəlmişəm. O vaxt özümə söz verdim ki, nə zamansa məşhur olsam, istedadlı gənclərə dəstək olacağam. Çinarə mənim yeni kəşfimdir. Musiqiçi dostlar dinləyib, çox bəyənmişdi. Mən də onunla səhnəni bölüşmək istədim. Çox gözəl səsi var, istəsə yüksək zirvələrə qalxa bilər. Əminəm ki, onun səsini bir çox ölkələrdə sevəcəklər. Söz verirəm ki, Çinarə üçün yeni və gözəl mahnı yazacağam”.
Qeyd edək ki, illər öncə Bakıda konsert proqramı ilə çıxış edən Rafet El Roman Ezo adlı ifaçını özü ilə Türkiyəyə aparmışdı. Ezo hazırda Türkiyənin tanınmış müğənnilərindəndir.
Bolgexeber.com


Bakıda konsert verən Rafet El Romanın yeni azərbaycanlı kəşfi – Foto, video
Bakıda konsert verən Rafet El Romanın yeni azərbaycanlı kəşfi – Foto, video
Bakıda konsert verən Rafet El Romanın yeni azərbaycanlı kəşfi – Foto, video