BolgeXeber.Com » Dünya » Rusiya səfirini öldürən qatilin anası şoka girib — VİDEO

Rusiya səfirini öldürən qatilin anası şoka girib — VİDEO

21-12-2016, 09:31
Oxunub: 3 307 Rusiya səfirini öldürən qatilin anası şoka girib — VİDEORusiya səfiri Andrey Karlovun Ankarada öldürülməsindən sonra qatil, polis əməkdaşı Mevlüt Mert Altıntaşın ətrafı və ailəsi araşdrılmağa başlanılıb

Ölkə.Az xəbər verir ki, qonşuları və ailəsini tanıyanlar dindirilib. Dindirilmə zamanı hər kəs birmənalı olaraq bildirib ki, Mert Altıntaşın normal ailəsi olub. Lakin qatilin özü çox qapalı və ünsiyyətcil olmadığı deyilir.

Qonşularının sözlərinə görə, Mert Altıntaşın anası hadisə barədə eşidən zaman şoka girib:

“Mənim oğlum necə belə edə bilər?”, - deyə qadın ilk öncə deyilənlərə inanmayıb.

Bundan başqa, qatilin məzun olduğu polis məktəbi, bir yerdə təhsil aldığı şəxslər, çevrəsi, tanışları bir-bir müəyyən edilərək dindirilir.