BolgeXeber.Com » Siyasət » Qambiya prezidenti mandatı başa çatdıqdan sonra postunu tərk etməkdən imtina edib

Qambiya prezidenti mandatı başa çatdıqdan sonra postunu tərk etməkdən imtina edib

21-12-2016, 10:02
Oxunub: 3 239 Qambiya prezidenti mandatı başa çatdıqdan sonra postunu tərk etməkdən imtina edibQambiya prezidenti Ayə Camme yanvarın 19-da mandatı başa çatdıqdan sonra vəzifəsini tərk etməkdən imtina edib

APA-nın xəbərinə görə, bu barədə “Röyters” məlumat yayıb.

“Mən qorxaq deyiləm. Mənim hüquqlarımı pozmaq olmaz. Mənim mövqeyim belədir. Allahdan başqa heç kim məni qələbədən məhrum edə bilməz”, - deyə Ayə Camme bildirib.

“Mən öz postumdan getməyəcəm”, - deyə o əlavə edib.

Qeyd edək ki, Qambiyada prezident seçkiləri dekabrın 1-də keçirilib. Yerli MSK-nın məlumatına görə, səsvermənin nəticələrinə əsasən, müxalif Vahid Demokratik Partiya (UDP) tərəfindən namizədliyi irəli sürülən Adəm Barrou seçicilərin 45,5 faizinin etimadını qazanaraq seçkilərdə qələbə qazanıb. Hazırkı prezident Ayə Camme isə 36,7 faiz səs toplayıb.

Səsvermənin nəticələri elan edildikdən sonra Ayə Camme seçkilərin nəticələrini qəbul etmədiyini bəyan edib.