BolgeXeber.Com » Siyasət » Ramiz Mehdiyev prezidentin sərəncamından danışdı

Ramiz Mehdiyev prezidentin sərəncamından danışdı

7-09-2012, 11:10
Oxunub: 4 079
[justify]Ramiz Mehdiyev prezidentin sərəncamından danışdı

“Bu, İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini nümayiş etdirir”

“İslahatların həyata keçirilməsi ölkədə dövlət qurumlarının nüfuzunu daha da artıracaq, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verəcək”.Bunu Prezidentin icra Aparatının rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev deyib. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib: “2012-ci il 5 sentyabr tarixli Sərəncam dövlətin bu sahədə siyasətinin davamlı xarakter daşıdığını göstərir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirir. Fəaliyyət planlarının qəbul edilməsi Azərbaycanın Açıq Hökumət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Bu islahatların həyata keçirilməsi ölkədə dövlət qurumlarının nüfuzunu daha da artıracaq, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verəcək və vətəndaşların dövlətə etimadını daha da artıracaqdır”.

R. Mehdiyev bildirib ki, fəaliyyət planlarının hazırlanmasında dövlət orqanları ilə yanaşı, ictimai dinləmələrdə fəal iştirak etmiş vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq təşkilatların rəy və təklifləri nəzərə alınıb.
[/justify]