BolgeXeber.Com » İqtisadiyyat » Dollar bu gün neçəyədir? – rəsmi valtuya məzənnələri

Dollar bu gün neçəyədir? – rəsmi valtuya məzənnələri

21-12-2016, 11:36
Oxunub: 3 433 Dollar bu gün neçəyədir? – rəsmi valtuya məzənnələriAzərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 20-si ilə müqayisədə 0,3% artaraq 1,7575 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,39% möhkəmlənərək 1,8300 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,06 bahalaşaraq 0,0287 manata yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,46% möhkəmlənərək 0,4982 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1759 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,15%-lik artım baş verib.

Gürcüstan larisinin məzənnəsi də 0,41% geriləyərək 0,6261 manat olub.